Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda körpəsini suda boğub öldürməkdə şübhəli bilinən ana tutulub - Yenilənib

Avqustun 14-ü saat 08 radələrində Biləsuvar rayon sakini, 2020-ci il təvəllüdlü Zakir Hacıyevə (ad şərtidir) məxsus meyitin Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Biləsuvar Rayon Prokurorluğundan "Report"a verilən verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin anası 1991-ci il təvəllüdlü Reyhan Hacıyeva (ad şərtidir) həmin gün saat 07 radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına intihar etmək məqsədi ilə özünü və oğlunu atıb, nəticədə Zakir Hacıyev (ad şərtidir) suda boğularaq ölüb. Reyhan Hacıyeva (ad şərtidir) isə kənd sakinləri tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Reyhan Hacıyeva (ad şərtidir) şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

 

***

Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Qərb Rusiyanın təhdidlərinə boyun əyir, nüvə müharibəsi yaxınlaşır

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Müharibənin ən bahalı 24 saatı: Ruslar Pokrovsk yolunda "rekord" qırıb...

Ən çox oxunanalar