Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Professor Yəhya Kərimov dəfn olunub

"Əlifba" kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov dəfn olunub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, mərhum Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Qax Rayonu İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayon ictimaiyyəti, professorun yaxınları və rayon sakinləri iştirak edib.

Qeyd edək ki, Yəhya Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Şəki Pedaqoji Texnikumuna daxil olub. Orta ixtisas təhsilini başa vurandan sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

1955-ci ildən Elmi Pedaqoji İnstitutunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin institutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra Təhsil Problemləri İnstitutunun direktorunun elmi tədqiqat bölümü üzrə müavini işləyib.

Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, üç elmlər doktoru yetişdirib.

Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən “Savad təlimi”, “İbtidai siniflərdə inşalar”, “Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri”, “Əlifba dərsliyinin tətbiqi prinsipləri”, “Uşaq məktəbə gedir”, “Ana dilinin tədrisi metodikası” və s. monoqrafiyaların müəllifidir.

1959-cu ildən ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktoru olub. 1963-cü ildən “Əlifba” dərsliyinin müəllifidir.

Hazırda onun tərtib etdiyi altı dərslik və beş dərs vəsaitindən istifadə olunur.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar