Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

2021-ci ilin iyul ayında Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

PİA.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan və qarğıdalı yağlarının, albalının, gilasın, kələmin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, çayın, kola içkisinin, arağın, pivənin qiymətində qeydə alınıb.

Ucuzlaşma isə əsasən yumurtanın, bananın, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, bibərin, badımcanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, yağlı boyaların, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, kərpicin, mebellərin, paltaryuyan maşınların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Qərb Rusiyanın təhdidlərinə boyun əyir, nüvə müharibəsi yaxınlaşır

Ən çox oxunanalar