Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yayın istisinə sərinlik qatacaq kofe reseptləri

Kofesevərlər üçün mövsümün soyuq və isti olması əhəmiyyətli deyil.

PİA.az-ın yayın istisində belə özünü kofesiz təsəvvür etməyənlər üçün bir neçə resepti var.

Evdə rahatlıqla hazırlaya biləcəyiniz soyuq kofe reseptlərini təqdim edirik:

Klassik buzlu frappe

Ərzaqlar: dabl espresso, 1/3 su stəkanı buz, 100 ml süd, şəkər və ya şokolad siropu.

Üzərinə: rəndələnmiş şokolad və kofe çəyirdəkləri.

Hazırlanması: buzu blenderdən keçirin və stəkana əlavə edin. Ayrı qabda espressonu, şəkər və ya şokolad siropunu, südü qarışdırın və çırpın. Qarışığı buzun üzərinə əlavə edin. Üzərinə şokolad parçaları və kofe çəyirdəkləri əlavə edin.

Şokoladlı və nanəli kofe

Ərzaqlar: 150 ml təzə dəmlənmiş filtr kofe, 100 qr qara şokolad, nanə siropu və vanilli dondurma.

Hazırlanması: şokoladı filtr kofenin içində, aşağı temperaturda əridin. Qarışığı bir az soyudun və nanə siropunu əlavə edin. Buzu əzib stəkana tökün. Qarışığı buzun üzərinə əlavə edin. Üzərinə dondurma qoyun. Nanə yarpaqları və qara şokoladla bəzəyin.

Bananlı kofe

Ərzaqlar: 350 ml sərt kofe, 100 qr şokoladlı dondurma, 1 banan, darçın, rəndələnmiş şokolad.

Hazırlanması: sərt kofeni hazırlayın, süzün və soyudun. Üzərinə dondurmanı əlavə edin. Bananı əzin və kofeli qarışığa əlavə edin. Qırılmış buzları stəkana tökün və üzərinə hazırladığınız qarışığı əlavə edin. Darçın və şokoladla bəzəyin.

Portağallı, peçenyeli kofe

Ərzaqlar: 200 ml təzə dəmlənmiş kofe, 2 portağal, toz şəkər, krem şanti, peçenye qırıntıları və fındıq.

Hazırlanması: portağalların suyunu sıxın və bir qaba yerləşdirin. Üzərinə şəkər əlavə edib 5 dəqiqə aşağı temperaturda qaynadın. Əldə olunan siropu süzün və soyudun. Təzə dəmlədiyiniz qəhvəni digər ərzaqlarla qarışdırın. İçkini buz əlavə etdiyiniz stəkana tökün. Üzərinə krem şanti, peçenye qırıntıları və fındıq əlavə edin.

Kofe smuzi

Ərzaqlar: 200 ml espresso, 1 banan, 150 ml qatıq, darçın, 1 çay qaşığı kakao tozu, 1 ovuc təzə çiyələk, şokolad sosu və dilimlənmiş badam.

Hazırlanması: kofeni hazırlayın və soyudun. Buzu stəkana tökün. Qatıq, banan, çiyələk, kofe, kakao və darçını həll olana qədər blenderdən keçirin. Qarışığı buzun üzərinə əlavə edin. Krem şanti, şokolad sosu və badamla bəzəyin.

Çiyələkli kofe

Ərzaqlar: 2 stəkan espresso, 2 çay qaşığı moruq siropu, 2 çay qaşığı şokolad sosu, 1 ovuc təzə çiyələk, 2 qaşıq dondurma, kakao tozu və kofe çəyirdəkləri.

Hazırlanması: kofeni hazırlayın və soyudun. Buzu stəkana tökün. Çiyələkləri 4-ə bölün və buzun üzərinə əlavə edin. Şokolad sosu və kofeni içərisinə tökün. Krem şanti, kakao tozu və kofe çəyirdəkləri ilə bəzəyin. Üzərinə dondurma qoyun. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar