Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Operativ Qərargahın qərarına etiraz etdi

“Qarşıdan növbəti şənbə və bazar günü gəlir. Bir çox insanımız üçün bu işgəncə və azar günləridir. Operativ Qərargah hələ də inadından dönmək istəmir. Yenə də metronu, avtobusları işləməyə qoymayacaqlar, zavallı insanlar düşəcəklər taksi axtarışına. Pulu-parası olmayan da otursun evində, bütün vacib işlərini təxirə salsın”.

PİA.az xəbər verir ki, bunu Milli Məclis deputatı Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, insanlarımız həm maddi, həm də mənəvi sıxıntını yaşayacaqlar: “Onsuz da yay vaxtı insanların bir qismi məzuniyyətdə, iş yerlərinə də elə bir axın yox. Heç kim də əsaslandıra bilmir ki, iki gün ictimai nəqliyyat işləməyəndə pandemiya azala bilər. Əksinə, nəqliyyatda sıxlıq yaratmaqla insanlar üçün yoluxma risqini daha da artırırlar. Metronun girişində qızdırmanı yoxlamaq üçün aparat qoyulur və bu da profilaktika üçün kifayət edir. İctimai nəqliyyat həftənin bütün günləri işləməlidir, əminəm ki, özü metro ilə, avtobusla gedib-gəlmək məcburiyyətində olan kimsə belə bir qərarı qəbul etməz. Məsələyə öz komfortundan yanaşanlar anlamalıdırlar ki, bu qərarla eyni vaxtda şəhərətrafından gələn vətəndaş, xəstəxanaya metro ilə tələsən tibb bacısı, maaşı aşağı olan avtobus sürücüsü, televiziyaya, redaksiyaya tələsən jurnalist, yaxud da bir pensiyaçı, bir əlill boğazından kəsdiyi pulu taksiyə verməyə məhkum olur. Təcili olaraq bu qərara baxılmalı, Bakı şəhərində bütün ictimai nəqliyyatın işləməsi təmin edilməlidir”.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar