Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsinin iştirakçılarına psixiatrik və psixoloji dəstək göstərilməsi məqsədilə aksiya keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycanlı Həkimlərdən Təhsilə Dəstək Dərnəyinin birgə təşkilatçılığı ilə iyulun 19-da Mərdəkan qəsəbəsində yerləşən Tibbi Reabilitasiya Xəstəxanasında Vətən müharibəsinin iştirakçılarına psixiatrik və psixoloji dəstəyin göstərilməsi məqsədilə müayinə aksiyası keçirilib.

PİA.az-ın məlumatına görə, tədbirdə Türkiyədə fəaliyyət göstərən və hazırda ölkəmizdə səfərdə olan 4 azərbaycanlı həkim-psixiatr tərəfindən Vətən müharibəsi qaziləri müharibə iştirakçılarında sonradan tez-tez müşahidə olunan psixi pozğunluqlarla bağlı müayinə olunublar.

Müayinələr zamanı, əsasən postravmatik stress pozğunluqları, depressiya, panika halı, ürək çırpıntıları, müəyyən fobiyalar və halüsinasiya ilə müşayiət edilən psixoloji pozuntular nəzərdən keçirilib, müvafiq müalicələr təyin edilib və lazımi məsləhətlər verilib.

Qeyd edək ki, tədbir 20 iyul tarixində də keçirilməklə 2 gün davam edəcək və bu müddətdə 100-dən çox qazinin müayinə olunması nəzərdə tutulur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailə üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən mühüm tədbirlər bundan sonra da davam etdiriləcək.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - Sərəncam

Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

Xalq artistinin səhhətində problem yarandı: Əməliyyat olundu

Politoloq: Türk prezident Pezeşkian Xamneyinin xeyir duasını alıb...

Ən çox oxunanalar