Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpasına başlanılır

“Yaxın günlərdə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpasına başlanılacaq”.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bərpa işləri Dövlət Xidmətinin nəzarəti altında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən həyata keçiriləcək.

Bir müddət əvvəl Dövlət Xidməti ilə TİKA arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidində bərpa işlərinin aparılması haqqında niyyət məktubu imzalanıb. Ötən müddət ərzində hər iki tarixi abidənin bərpası ilə bağlı layihələndirmə aparmaq üçün TİKA tərəfindən təyin olunmuş podratçı şirkətin mütəxəssisləri qala və məsciddə ölçü, tədqiqat işləri aparılıb, bərpa işləri ilə bağlı layihə, cizgi və planların hazırlanmasına başlanılıb. Daha sonra hazırlanmış layihə yerli mütəxəssislərlə müzakirə olunub.

Böyük Mərdəkan qəsri və Tuba Şah məscidi ərazisində aparılan bərpa işləri ilə bağlı əraziyə iki ədəd məlumatlandırma lövhəsi quraşdırılıb.

Bu, Azərbaycanda tarixi abidələrin TİKA tərəfindən bərpa olunması baxımından ilk layihədir. Gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsində yerləşən eyniadlı qala XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. XV əsrə aid Tuba Şah məscidi isə 1481-1482-ci illərdə inşa edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay