Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhalinin sağlamlığı hər zaman dövlətin diqqətindədir - Təcili tibbi yardımın baş həkimi

Bildiyimiz kimi COVİD-19 pandemiyası bütün dünyanı çətin sınaq qarşısında qoyan böyük bir maneəyə çevrildi. Belə bir məqamda Azərbaycan dövləti vətəndaşının sağlamlığı və təhlükəsizliyi naminə qabaqlayıcı tədbirlər görən, təxirəsalınmaz addımlar atan nümunəvi dövlətlərdən oldu. Hər bir vətəndaşın Prezidenti olduğunu bir daha təsdiqləyən ölkə başçımız cənab İlham Əliyev pandemiyanın insanların sağlamlığı və maddi vəziyyəti üçün yaratdığı təhlükəni aradan qaldırmaq məqsədilə sistemli tədbirlər görmüş, müxtəlif sosial paketlər reallaşdırıb.

PİA.az xəbər verir ki, bu fikirləri Füzuli RMX TTY şöbəsinin baş həkimi Arzu Şəfiyeva bildirib.

Pandemiya ilə mübarizə dönəmində yeni xəstəxana binaları tikilməsi, modul tipli xəstəxanalar quraşdırılması, xaricdən müasir tibbi avadanlıqların alınması, xəstəliklə mübarizədə xüsusi təcrübəyə malik həkimlərin ölkəmizə gətirilməsi təmin olunmuşdur. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Dövlət başçısı tərəfindən virusun yayılmasının qarşısının alınmasında vacib predmet olan tibbi maskaların təminatı məqsədilə yerli istehsal müəssisəsi açılmış və bütün istiqamətdə operativ tədbirlər həyata keçirilib.

Qeyd edim ki, rayonumuzun ərazisində Mərkəzi Rayon Xəstəxanasının yeni tikilib istifadəyə verilmiş, müasir standartlara cavab verən binası pandemiya ilə mübarizədə biz həkimlərə böyük dəstək oldu.

Əhalinin sağlamlığının qorunmasını hər zaman özünün əsas vəzifəsi hesab edən Azərbaycan dövləti pandemiya təhlükəsi başlayan ilk günlərdən vacib addımlar atdı. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.

Hazırda əhalinin vaksinasiyası pandemiya ilə mübarizənin ən vacib mərhələsidir. Çünki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitələrdir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.

Vaksin etdirmək özünü və ətrafındakıları qorumaq üçün vacibdir. Peyvəndlənməyi seçmək yaşamağı seçməkdir. Çünki, hər zaman yolxucu xəstəliklərdən qorunmağın, xilas olmağın yolu vaksinasiyadan keçib. Bildiyimiz kimi COVİD-19 pandemiyası nə yaş, nə də sərhəd tanımır. Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.

Əhalinin sağlamlığını hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Ölkəmizdə cari ilin yanvar ayının ortalarından etibarən başlanan peyvənd kampaniyası uğurla davam etməkdədir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir.
Respublikamızın digər bölgələrində olduğu kimi, rayonumuzda da əhalinin vaksinasiyası uğurla davam etdirilir. Hazırda ərazidə 15 minə yaxın sakinimiz vaksin olunmuşdur. Bir həkim olaraq, sağlam və firəvan sabahımızın təminatı, xüsusən gələcəyimiz olan uşaqların yolxucu xəstəliklərdən uzaq olmaları baxımından vaksinasiyanı cəmiyyətimizin və ölkəmizin həyatında ən vacib amil olaraq görürəm. Tibb elminin ən böyük nailiyyətlətlərindən olan peyvəndlərin icad olunması nəticəsində bir çox xəstəliklər yer üzündən silinmişdir. Əminəm ki, dünyanı çiçəkdən, poliomielitdən xilas edən, qızılca, parotit, məxmərəkdən xilas etmək üzrə olan peyvəndlər insanları COVİD-19 virusunun təhlükəsindən də xilas edəcəkdir.

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun şücaəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Xalqımız sonsuz Qələbə sevinci yaşadı. Xoşbəxtəm ki, digər işğalda olan ərazilərimiz kimi, sakini olduğum doğma Füzuli şəhəri də artıq azaddır. Dövlətimiz tərəfindən rayonumuzun işğaldan azad edilmiş ərazilərində aparılan tikinti-quruculuq işləri hər birimizi qürurlandırır. Bütün bu gözəllikləri görmək üçün sağlam olmaq və yaşamaq lazımdır. Hazırkı durumda həm özümüzün, həm də ətrafdakıların sağlamlığını qorumaq üçün atacağımız ən vacib addım vaksinləşmədir. Çünki vaksinləşmə ilə iqtisadiyyatımıza dəyən ziyanın qarşısı alınacaq, mədəni həyat canlanacaq, səhiyyənin üzərinə düşən yük azalacaq. Nəticədə biz həkimlər öz gücümüzü və səylərimizi digər xəstəliklərin müalicəsinə yönəldə biləcəyik.

Əminik ki, ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən və çevik qərarları nəticəsində pandemiya sınağından da alnıaçıq, üzüağ çıxacağıq. Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu. Vaksinasiya prosesində də bu belə olacaqdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib

Ən çox oxunanalar