Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkiz övlad dünyaya gətirən ananın olüm səbəbi açıqlandı - Yenilənib

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından (RMX) ana ölümü ilə bağlı açıqlama verilib.

Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xəyalə Ədalət qızı Cəlilabad RMX-yə kritik ağır vəziyyətdə daxil olub:

“Həkimlərin verdiyi məlumata görə, hamiləlik zamanı antenatal xidməti olmayıb və müayinə zamanı əkiz uşaqların olduğu müəyyənləşib. Uşaqlığında çapıq var idi, çünki ilk doğuşu da qeysəriyyə vasitəsilə həyata keçirilib.

Daxil olduğu zaman periferik ciddi ödəmləri olub, təzyiqi 220-150, ağır dərəcədə preeklampsiya, anemiya 3-cü dərəcə, hemoqlobin 60 qram litrlə, dölyanı mayenin axması ilə xəstəxanaya daxil olub. Uşaqların biri 2 kiloqram 300 qr, digəri isə 2 kiloqram 100 qr olaraq qeysəriyyə əməliyyatına alınıb və götürülüb. Uşaqların vəziyyəti stabildir”.

Qeyd edilib ki, ana əməliyyatdan dərhal sonra reanimasiyaya götürülüb:

“Reanimasiyaya daxil olarkən xəstədə böyrək çatışmazlığı inkişaf edib. Xəstənin ağ ciyəri ödəm idi. Bir neçə patologiya bir arada olduğuna görə reanimasiyada bütün tədbirlər multidisiplinar qaydada həyata keçirilib. Reanimatoloqlar tərəfindən baxış keçirilib. Xəstəyə altı saat ərzində ən yüksək səviyyədə Sipiar tədbirləri həyata keçirilib.

Təkrar intubasiya edilib, kardiopulmanar resustasiya olundu, xəstədə ürək çatışmazlığı, ağciyər tənəffüs çatışmazlığı inkişaf etsə də, ürəyin süni, qapalı masajı və dəfələrlə defibilyasiya edildi. Bütün reanimasyon tədbirlərin keçirilməsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

***

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana doğuşdan sonra vəfat edib.

PİA.az-ın məlumatına görə, Biləsuvar rayon sakini Xəyalə Əhmədovanın xəstəxanada qeysəriyyə yolu ilə əkiz övladı dünyaya gəlib.

Daha sonra X. Əhmədovanın vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib

Ən çox oxunanalar