Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gündən xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanları başlayır

İyunun 9- 11-də ali təhsil müəssisələrinin magistraturalarının xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul imtahanları keçiriləcək.

PİA.az xəbər verir ki, bakalavrlar ali təhsil müəssisələrinin magistraturalarının 68, 69 və 70-ci proqramları üzrə ixtisaslaşmalarına qəbul üçün keçirilən qabiliyyət imtahanlarına buraxılış vərəqələrini 9 iyun tarixində də çap edə bilərlər.

Bakalavrlar elektron ərizələrinə daxil olub buraxılış vərəqələrini, sağlamlıq haqqında bəyannaməni, yaddaş kitabçasını (həmçinin musiqi istiqaməti üzrə qeydiyyatdan keçən bakalavrlar proqram formasını) çap edə bilərlər. Bakalavrlar buraxılış vərəqində qeyd edilən saatdan 30 dəqiqə əvvəl imtahan binasına gəlməli özü ilə şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini və sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır) gətirməlidirlər. Qeyd edilən sənədlərdən biri olmadıqda bakalavr imtahana buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından çap edib götürə bilərlər. İmtahanlar 9-11 iyun tarixlərində Bakıda 4 binada keçiriləcək və 29 Qabiliyyət İmtahanı Komissiyası təşkil ediləcək.

İmtahana mobil telefon və ya əlavə ötürücü qurğu gətirən şəxslər imtahandan xaric ediləcəklər. İmtahan qaydalarını pozan şəxslərin imtahan nəticələri ləğv ediləcəkdir. İmtahanının nəticəsindən narazı olan bakalavrlar həmin gün ərizə vasitəsilə apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya həmin gün imtahan binasında təşkil edilir. Təkrar imtahan götürülməsi ilə bağlı müraciətlərə baxılmır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

Ermənistanı BRICS sammitində Paşinyan təmsil edəcək

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Ən çox oxunanalar