Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da Respublika Gününə həsr olunan film hazırlanıb - Video

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu 28 may - Respublika Gününə həsr olunmuş ingilis dilində qısa film hazırlayıb.

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürasının müşayiəti ilə təqdim olunan, rəngarəng şəkil və videoların əks olunduğu filmdə Azərbaycan Demokratik Respublikasının (ADR) 1918-ci ildə qurulduğu və müsəlman dünyasında ilk dünyəvi demokratik ölkə olduğu qeyd edilir. Həmçinin, Azərbaycanın 1919-cu ildə müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verdiyi vurğulanır.

Filmdə ADR-in mütərəqqi islahatlar apararaq müasir dövlət quruculuğuna başladığı bildirilir. Ancaq zəngin neft ehtiyatlarına sahib Azərbaycanın bolşeviklərin əsas hədəfi olduğu, Vladimir Leninin “Sovet dövləti Bakı nefti olmadan sağ qala bilməz” sözləri vurğulanaraq, 28 aprel 1920-ci ildə Sovet ordusunun Azərbaycanı işğal etdiyi və respublikamızın müstəqilliyinə son qoyduğu qeyd edilir. 50 min azərbaycanlının bu işğala qarşı mübarizədə həlak olduğu diqqətə çatdırılır. 

Azərbaycanın 71 il sonra, 18 oktyabr 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyi, 2020-ci ildə isə öz torpaqlarını 30 illik işğaldan azad etdiyi filmdə vurğulanır. Azərbaycanın bu gün müstəqil dövlət kimi regionda ən güclü iqtisadiyyata malik ölkə olduğu, qitələri birləşdirən nəhəng layihələr həyata keçirdiyi və bütün dünyaya dinlərarası harmoniya üzrə bariz nümunə olduğu bildirilir. Filmdə ölkəmizin öz mütərəqqi irsi ilə fəxr etdiyi və gələcəyə doğru inamla addımladığı qeyd edilir.

Film Azərbaycanın Argentina və Yunanıstandakı Səfirlikləri tərəfindən müvafiq olaraq ispan və yunan dillərinə də tərcümə olunub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Ən çox oxunanalar