Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı iyulun 1-dən COVID pasportu tətbiq edəcək

Avropa İttifaqı iyulun 1-dən etibarən koronavirusa qarşı vaksinasiya və COVID-19 testləri barədə sertifikasiya rejimini tətbiq etmək niyyətindədir.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Avropa işləri üzrə dövlət katibi Kleman Bon məlumat verib. "Bu alət (Avropa COVID pasportları) iyulun 1-dən etibarən Avropa İttifaqının 27 ölkəsində tətbiq olunacaq. Sənəddə peyvənd və ya testlə bağlı məlumatlar qeyd ediləcək", - deyə o, BFM TV televiziyasının efirində bildirib.

Sənəddə hansı peyvəndlərin qeyd olunacağı sualına aydınlıq gətirən Kleman Bon burada Avropa Dərman Vasitələri Agentliyinin (EMA) təsdiq etdiyi bütün peyvəndlərdən ("Pfizer-BioNTech", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson") söhbət getdiyini deyib. Digər hallarda Avropa İttifaqına səyahət etmək üçün koronavirus testi vermək lazım olacaq.

Qeyd edək ki, ötən həftə ədliyyə məsələləri üzrə Avropa Komissiyasının üzvü Didye Reinders iyulun 1-dən etibarən üç növ məlumatın - vaksinasiyanın, mənfi test nəticələrinin və ya sağalma halının sertifikasiya ediləcəyini bildirib. Avropa ittifaqının bütün vətəndaşları COVID pasportunu rəqəmsal və ya kağız şəklində pulsuz əldə edə biləcəklər.

Avropa Komissiyası nümayəndəsinin sözlərinə görə, bütün üzv ölkələr Avropa reqlamentinin qüvvəyə minəcəyi vaxta qədər sertifikat verməyə hazır olmalıdır. Avropa Komissiyası bu məqsədlə hər üzv ölkəyə 1 milyon avro ayırıb və onlara lazımi texniki dəstəyi davam etdirir.

Eyni zamanda, koronavirus testləri üçün əlverişli qiymətlərin təmin edilməsi üçün Avropa İttifaqına üzv ölkələrə əlavə 100 milyon avro ayrılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Məzahir Pənahov:  Vəziyyəti bilə-bilə gərginləşdirən namizədə xəbərdarlıq edilməlidir...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay