Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran “Zəngəzur dəhlizi”nə qarşı... - Tehranın bu “dəhliz”ə mane olmaq üçün gücü yetərlidir?

Son zamanlar İran açıq şəkildə “Zəngəzur dəhlizi”nin açılmasına qarşı çıxır və bununla bağlı da Ermənistana təzyiqlər etməsi barədə məlumatlar dolaşmaqdadır...

İqtisadçı-alim: “Hesab edirəm ki, son zamanlar İran generallarının Ermənistana səfərləri və verilən bəyanatlar daha çox Zəngəzur dəhlizi ilə əlaqədardır”.

““Zəngəzur dəhlizi” istifadəyə verildikdən sonra İranın nəqliyyat dəhlizi istifadəsiz qalır. Çünki sonucda Naxçıvan-Azərbaycan üzərindən Orta Asiyaya bütün Türkiyə yüklərinin “Zəngəzur dəhlizi”ndən daşınmasına gətirib çıxar bilər”.

Bu sözləri iqtisadçı-alim Qubad İbadoğlu İranın “Zəngəzur dəhlizi” təlaşının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

İranda belə bir fikir formalaşıb ki, “Zəngəzur dəhlizi” ilə bağlı plan həyata keçərsə, İranın Qafqazda potensial manevr sahəsi çox məhdudlaşacaq və “Zəngəzur dəhlizi”nin açılmasından ən çox İran zərər görəcək. Çünki İran Azərbaycanla Naxçıvan, həmçinin Türkiyə ilə Orta Asiya ölkələri arasında yük və sərnişin tranzitindən əldə olunan gəlirləri itirəcək. Üstəlik, Tehranın regionda geosiyasi çəkisi də çox azalacaq. Bundan əlavə, onun Ermənistanla quru sərhədi praktik olaraq Tehranla Yerevanın nəzarətindən çıxacaq. “Zəngəzur dəhlizi”nin həyata keçirilməsi ilə İranın Ermənistan və Gürcüstan ərazisindən keçərək Qara dənizə və Avropaya çıxış planlarından biri ciddi şəkildə kölgədə qalacaq və praktiki olaraq, İranın bütün tranzit layihələri Azərbaycan marşrutuna və bu ölkənin iradəsinə bağlı olacaq.

Həmçinin Tehranda düşünürlər ki, “Zəngəzur dəhlizi”nin həyata keçirilməsi ilə İranın Ermənistan və Gürcüstan ərazisindən keçərək Qara dənizə və Avropaya çıxış planı ciddi şəkildə kölgədə qalacaq və praktiki olaraq, İranın bütün tranzit layihələri Azərbaycan marşrutuna və bu ölkənin iradəsinə bağlı olacaq.

Qeyd edək ki, son zamanlar İran açıq şəkildə “Zəngəzur dəhlizi”nin açılmasına qarşı çıxır və bununla bağlı da Ermənistana təzyiqlər etməsi barədə məlumatlar dolaşmaqdadır. Elə Tehrandan Yeravana diplomatların və hərbiçilərinin gizli səfərlərinin artması da bundan xəbər verir. O da aydın görünür ki, İran həm Ermənistanla sərhədinin tamamilə Rusiya FTX-nın nəzarətinə keçməsinə, həm də bu sərhəd boyunca intensiz hərəkətliliyin yaranmasına qarşıdır və bunu özü üçün təhlükə kimi qəbul edir.

Hazırda ABŞ-ın sanksiyaları altında əziyyət çəkən İranın “Zəngəzur dəhlizi”nə mane olmaq üçün gücü yetərlidirmi və Tehranın arqumentlərini nə qədər haqlı hesab etmək olar? Rusiya və Türkiyənin Tehranın iştirakı olmadan bu dəhlizi istifadəyə vermələri bölgədəki geosiyasi və geoiqtisadi mənzərəyə necə təsir edəcək?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-alim Qubad İbadoğlu ilə müzakirə edib.

Qubad İbadoğlu: “Ermənistanla münasibətləri daha da yaxşılaşdırmaq, Azərbaycanla münasibətləri isə pisləşdirmək İranın hazırkı xarici siyasət prioritetlərindən biri kimi qəbul oluna bilər”.

Bütövlükdə “Zəngəzur dəhlizi”nin İranın iqtisadi, təhlükəsizlik, nəqliyyat-kommunikasiya maraqlarına uyğun olmadığını PİA.az-a təsdiq edən ekspert qeyd edib ki, bu İranın geosiyasi-strateji maraqlarına da ziddir. Çünki İran həm hərbi, həm təhlükəsizlik, həm geostrateji, həm də geoiqtisadi baxımından Ermənistanı özünün əsas tərəfdaşlarından biri hesab edir:

““Zəngəzur dəhlizi”nin fəaliyyətə başlaması, xüsusilə Orta Asiyaya gedən Türkiyə yüklərinin Naxçıvana, orada Azərbaycana, Azərbaycandan isə Ələt limanı vasitəsilə Orta Asiyaya daha qısa və daha az xərclər çatmasına şərait yaradır. Söhbət hər il yalnız tırlar vasitəsilə 40-50 min Türkiyə yüklərinin Orta Asiyaya daşınmasından gedir. Yəni “Zəngəzur dəhlizi”nin açılması 40-50 min yüklü tırın yolunu dəyişməsi deməkdir. Bu da kifayət qədər narahatedicidir. Çünki bu tırların hərəsinin İran üçün 500 dollar ödənişi var idisə, bu ildə 20 milyon dollar pul deməkdir.

Əlavə olaraq “Zəngəzur dəhlizi” istifadəyə verildikdən sonra İranın nəqliyyat dəhlizi istifadəsiz qalır. Çünki sonucda Naxçıvan-Azərbaycan üzərindən Orta Asiyaya bütün Türkiyə yüklərinin “Zəngəzur dəhlizi”ndən daşınmasına gətirib çıxar bilər. Həmçinin də oradan geriyə də yüklərin daşınması ola bilər. İran bunun nəticələrini görür və bundan narahat olduğunu göstərir.

Həmçinin də Zəngəzur dəhlizinin açılması İrandan Ermənistana gedən avtomobil yolunun bağlanması deməkdir. Buna görə də İranla Ermənistan arasında yük daşıma Naxçıvan üzərindən mümkün olacaq. Yəni bu CulfaOrdubadın arasında İrana çıxan dəmiryolu vasitəsilə Naxçıvan ərazisindən keçməklə, sonradan Gümrüyə və İrəvana gedən dəmiryolundan istifadə imkanı yaradır.

Qubad İbadoğlu: ““Zəngəzur dəhlizi”nin açılması İrandan Ermənistana gedən avtomobil yolunun bağlanması deməkdir”.

Belə çıxır ki, yenə də İran Ermənistanla birbaşa deyil, Naxçıvan vasitəsilə nəqliyyat komunikasiyası xətlərinə malik olur. Təbii ki, İranı bu da narahat edir. Bütövlükdə bu, İranın iqtisadi, təhlükəsizlik, nəqliyyat-kommunikasiya maraqlarına uyğun deyil. Həmçinin hesab edirəm ki, “Zəngəzur dəhlizi” İranın geosiyasi-strateji maraqlarına ziddir. Çünki İran həm hərbi, həm təhlükəsizlik, həm geostrateji, həm də geoiqtisadi baxımdan Ermənistanı özünün əsas tərəfdaşlarından biri hesab edir. “Zəngəzur dəhlizi” isə İranı bütün bunlardan məhrum edir.

Hesab edirəm ki, son zamanlar İran generallarının Ermənistana səfərləri və verilən bəyanatlar daha çox Zəngəzur dəhlizi ilə əlaqədardır. Onlar daha çox çalışırlar ki, “Zəngəzur dəhlizi”nin işləməsinə imkan verməsinlər. Bunun da yeganə yolu Ermənistanla daha sıx əməkdaşlığa girib, onları bu layihədən çəkindirməkdir. Buna görə də Ermənistanla münasibətləri daha da yaxşılaşdırmaq, Azərbaycanla münasibətləri isə pisləşdirmək İranın hazırkı xarici siyasət prioritetlərindən biri kimi qəbul oluna bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar