Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qiymətlər sürətlə artır 

“Bu ilin birinci rübündə MDB dövlətləri arasında istehsal qiymətləri indeksi Azərbaycanda ən yüksək səviyyədə artıb. Bunun başlıca səbəblərindən biri mədən sənayesi bölməsində istehsal olunun məhsulların qiymətlərin bahalaşmasıdır”.

PİA.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu bildirib ki, istehlak qiymətləri indeksinə gəlincə, Azərbaycanda 1 rübün nəticələri üzrə müvafiq göstərici MDB üzrə orta göstəricidən 2,3 dəfə yüksək olub: “Son 4 ayın göstəricilərinə görə, istehlak bazarında qiymətlər daha sürətlə artıb. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 104,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,1 faiz təşkil edib. Qiymət artımın yüksək tempini ilin əvvəlində benzinin və suyun bahalaşması, eləcə də idxal olunan malların bəzilərinin mənşə qiymətininin, daşınma xərclərinin və gömrük ödənişlərinin süni artırılması şərtləndirib. Beləliklə, ərzaq məhsulları, tikinti materialları daha çox bahalaşmaya məruz qalıb. Elə bu səbəbdən də adətən mövsümi amillərin təsiri ilə deflyasiya qeydə alınan aprel-may aylarında da qiymətlər bahalaşmaqda davam edir. Ölkədə qiymət artımı gözləntisi yüksək olduğundan bahalaşma davamlı olacaq və görünür ki, bu gedişlə Azərbaycan qiymət göstəriciləri üzrə MDB dövlətləri arasında liderliyi il ərzində əldən verməyəcək”. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar