Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Mahmudov: “Şuşanın işğaldan azad olunması Azərbaycanın qüdrətini göstərdi”

Şuşanın işğaldan azad olunması Azərbaycanın gücünü, qüdrətini göstərdi, ordumuzun peşəkarlığını təsdiqlədi, yüngül silahlarla silahlanaraq, dağlardan, meşələrdən, cığırlardan keçən hərbçilərimizin cəsarətini bütün dünyaya nümayiş etdirdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.

R. Mahmudov deyib ki, Vətən müharibəsində ordumuz irəlilədikcə, rayon və şəhərlərimizi bir-birinin ardınca azad etdikcə xalqımızın bütün nəzər-diqqəti Şuşaya yönəlir, hər bir azərbaycanlı Şuşanın azad edilməsi barədə xəbəri səbirsizliklə gözləyirdi. O zaman Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verən Prezident, Ali Baş Komandan İlham Əliyev jurnalistin “Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah?” sualını cavablandırarkən demişdi ki, istiqamət hər tərəfdir. Ali Baş Komandan vurğulamışdı ki, işğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir, onun üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir, ancaq Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var: “Prezident bildirmişdi ki, Şuşa bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır və əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Nəhayət, ötən il noyabr ayının 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin beşiyi, qürur ünvanımız Şuşa şəhəri yağılardan azad edildi. Bu, dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazıldı, yaddaşlara ən möhtəşəm hadisə kimi həkk olundu. Bu tarix – 8 noyabr 2020-ci il Azərbaycanın müasir müstəqil dövlət kimi qurulmasında və inkişafında müstəsna rolu olan dahi şəxsiyyət Heydər Əliyevin ərazi bütövlüyümüzün bərpa olunması arzusunun gerçəkləşdiyi və ruhunun şad olduğu bir gün idi. Bu tarix 20 Yanvar, 20 Noyabr, Xocalı, I və II Qarabağ müharibəsi şəhidlərinin müqəddəs ruhlarının şad olduğu və rahatlıq tapdığı bir gün idi. Nəhayət, bu tarix Xankəndi, Laçın, KəlbəcərAğdamın azad olunacağı günün “bir nəfəs qədər yaxın” olacağından xəbər verən bir gün idi. Şuşa zəfəri ermənilərin “məğlubedilməz ordusu” haqqında mifin, yalanın, uydurmanın alt-üst edildiyi, dağıdıldığı bir gün idi. Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əsl siyasətçi, diplomat və sərkərdə kimi fəaliyyətinin məntiqi nəticəsi idi. Bu, eyni zamanda, dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrətinin bir daha bütün dünyaya nümayişi idi”.

Milli Məclisin deputatı onu da bildirib ki, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, Qafqazın konservatoriyası olan bu qədim şəhərimizi mənfur düşmən işğal altında saxlamaqla erməniləşdirməyə çalışdı: “Düşmən bu zəngin irsimizi dağıtmağa, yerlə bir etməyə cəhd göstərdi, tarixi abidələrimizi, məscidlərimizi təhqir etdi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidlərini və görkəmli opera müğənnisi Bülbülün ev-muzeyinə ciddi ziyan vurdu, Xurşidbanu Natəvanın evini yandırdı. Düşmən bütün bu vəhşilikləri törətsə də, istəyinə nail ola bilmədi. Bu şəhər 28 il yarım davam edən işğal dövründə, necə deyərlər, erməniləri qəbul etmədi. Şuşa yağıların yad olduğunu, barbar, vandal olduğunu gördü. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa ayaqda qaldı, sınmadı, əyilmədi. Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə, özgələşdirə bilmədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan vətəndaşları yenə də bu tarixi şəhərdə yaşayacaq, qurub-yaradacaqlar, amma erməni vəhşiliyini heç vaxt unutmayacaqlar. Az vaxt keçəcək, Şuşa yenə də 28 il bundan əvvəlki xoş günlərinə qayıdacaq, sevinc dolu sabahların ümidi ilə neçə-neçə uğura imza atacaq. Başından duman-çən çəkilən şəhərin bü gün sürətlə, şövqlə aparılan abadlıq-quruculuq işləri daha geniş vüsət alacaq, buradakı müqəddəs ocaqlar, mədəniyyət və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi yenə də ziyarətgahlara dönəcək, erməni vandalizminin qurbanına çevrilən tarixi, mədəni abidələrə həqiqi sahiblərinin-sakinlərin gücü və əzmi ilə yenidən “nəfəs” veriləcək. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı gerçəkləşəcək. Şuşa dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri kimi keçiriləcək mərasimlərə evsahibliyi edəcək, məşhur turizm məkanı kimi şöhrət qazanacaq. “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı da bu mədəniyyət beşiyinin əvvəlki şöhrətinin özünə qaytarılmasında, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasında önəmli rol oynayacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Ən çox oxunanalar