Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Bədəlbəyli: “Arzumdur ki, Şuşada Akademiyamızın filialını açaq”

“Cənab Prezidentin Şuşanı mədəniyyət paytaxtı elan etməsi tarixi və ədalətli qərardır. Çünki Şuşa buna layiqdir. Şuşa yüz illər ərzində Xan qızı Natəvan, Üzeyir Hacıbəyov, Niyazi, Soltan Hacıbəyov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Xan Şuşinski kimi dahilər yetişdirib. Bilirsiniz, bu insanların hamısı Şuşanın rəmzidir. Şuşa doğrudan da həmişə mədəniyyətlə bağlı şəhər idi. Şuşa ustadların şəhəri idi. Şəhərin hər bir sakini bir ustad idi, kimisi xalçaçı idi, kimisi papaqçı, kimisi tar-kamança düzəldirdi. Bütün işlər mədəniyyətlə bağlı idi”.

Bunu Modern.az-a açıqlamasında əslən Şuşadan olan bəstəkar, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ölkə başçısının ŞuşaAzərbaycanın mədəniyyət paytaxtı elan etməsi ilə bağlı danışarkən bildirib.

F.Bədəlbəylinin sözlərinə görə, ölkə başçısının son sərəncamı həm də düşmən üçün göz dağıdır: 

“Bu o deməkdir ki, onlar gələcəkdə bir də Azərbaycana göz dikməsinlər və birdəfəlik məsələ bağlansın. Gələcək nəsillər biz çəkdiyimiz dərdi çəkməsinlər. 28 il idi ki, bu dərd bizi içimizdən yeyirdi, bu dərd bizi qocaltdı. Amma indi əksinə, Şuşanın azadlığı ilə cavanlaşacağıq. Allah qoysa, Şuşada bir-birindən gözəl musiqi festivalları, Vaqif poeziya günləri, Üzeyir bəyin doğum gününü keçirəcəyik. Biz həmişə deyirdik ki, o gün olsun Şuşada “Koroğlu” uvertürasına qulaq asaq, artıq o gün bu gündür. Musiqi böyük silahdır, Şuşada çalınacaq Zəfər nəğmələrinin səsi Xankəndiyə yayılacaq. Cıdır düzündə simfonik orkestrin ifası düşmənə bir işarə verəcək ki, ağıllı olun, qurtarın oyunları. Ya Azərbaycan vətəndaşı olun, ya da bu torpaqdan rədd olun.

Vaxtilə Vasif Adıgözəlov “Laylay Şuşa”nı yazanda, biz hamımız ağlayırdıq, dərdləşirdik. İnşallah, 3-4 gün sonra onun “Qarabağ aratoriyası” Cıdır düzündə Dövlət Simfonik Orkestri Dövlət Kopellası ilə ifa olunacaq. Dirijor isə onun oğlu, Xalq artisti Yalçın Adıgözəlov olacaq. Bu, simvolik konsert olacaq. Mən həmişə deyirdim ki, ən böyük arzum Cıdır düzündə ifa etməkdir. Çünki biz, vaxtilə Maestro Niyazi ilə birlikdə Şuşada çıxış edirdik. İndi yenə o vaxt gəldi. Bu, böyük bayramdır, mən hər bir azərbaycanlını təbrik edirəm”.

Bəstəkar Şuşa ilə bağlı arzularını da dilə gətirib:

“Mənim arzumdur ki, Şuşada Akademiyamızın filialını açaq. Yay fəslində orada ustad dərsləri keçək. Ən yaxşı professorlar, ustadlar Akademiyaya dəvət olunsun. Şuşa beynəlxalq statusa layiqdir. Turistlər gəlməlidir, simpoziumlar, şahmat yarışları keçirilməlidir. Niyə şahmat? Çünki vaxtilə Xan qızı Şuşada Aleksandr Düma ilə şahmat oynayıb. Şuşa belə şəhər idi. Bir sözlə, Şuşa ilə bağlı saysız-hesabsız planlarımız var. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Ən çox oxunanalar