Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avrasiya İqtisadi İttifaqı bizə lazımdırmı? - Qubad İbadoğlunun şərhi

Aprelin 29-30-u Rusiyada, Tatarıstanın paytaxtı Kazanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının toplantısı keçirilib.

Avrasiya İqtisadi İttifaqını 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus yaradıb. 2015-ci ildə Ermənistan və Qırğızıstan da bu quruma daxil olublar.

Novator.az-ın məlumatına görə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu yazır ki, ErmənistanRusiya mətbuatı Kazan toplantısına Azərbaycan nümayəndəsinin qatılmaq istədiyini, amma Ermənistanın buna veto qoyduğunu xəbər verib:

Rusiyanın faktiki rəhbərlik etdiyi ittifaqa Azərbaycanın daxil olmasını arzulamıram. Bu, siyasi cəhətdən yanlışlıq olar, iqtisadi suverenliyimizə də xələl gətirər, təhlükə və riskləri artırar.

İkincisi, bu ittifaq regional təşkilat olaraq özünü doğrultmayıb, ildən ilə daha pis nəticələrə imza atır. 2020-ci ildə Avrasiya İqtisadi İttifaqının üzv ölkələri arasında ticarət dövriyyəsi 12,3 faiz azalıb.

Üçüncüsü, Avrasiya İqtisadi İttifaqına üzvlük Rusiyada qazanc dalınca gedən miqrantlara heç bir imtiyaz vəd etmir. Bununla Rusiyada yaşayan soydaşlarımızın problemlərini həll etmək mümkün deyil.

Nəhayət, Avrasiya İqtisadi İttifaqına üzvlük Azərbaycanın Avropaya inteqrasiya istiqamətində fəaliyyətinə çətinliklər yaradacaq, Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət sazişinin imzalanmasına əngəllər törədəcək, bu da ölkəmizin beynəlxalq investisiya və ticarət əməkdaşlığından və inteqrasiyasından faydalarını azaldacaq.

Hazırkı dövrdə milli iqtisadiyyatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması mümkün deyil. Azərbaycan Porterin məşhur 4 mərhələli inkişafının resurs və investisiya pillələri arasında qalacaq, innovasiya və sərvət pillələri bizim üçün əlçatmaz olacaq. Belə olanda da Avrasiya İqtisadi İttifaqı bizə lazımdırmı? Əlbəttə, yox!”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar