Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərif general Süleymani ilə bağlı sözlərinə görə üzr istədi

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Xüsusi Qüvvələrinin qətlə yetirilmiş rəhbəri general Qasım Süleymaninin ailəsi qarşısında geniş rezonans doğurmuş gizli müsahibəsində söylədiyi sözlərə görə üzr istəyib.

PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, İranda siyasi dairələrdə rezonans doğuran ifadələr bəzi qüvvələr tərəfindən siyasi alət kimi istifadə olunur.

"Məni günahlandıran, mənə böhtan atanların hamısını bağışlayıram. Ümidvaram ki, böyük İran xalqı, generalın bütün pərəstişkarları və xüsusilə böyük Süleymanilər ailəsi məni bağışlayacaqlar", - XİN başçısı instaqram səhifəsində yazıb.

Daha əvvəl Zərifin 2021-ci ilin mart ayında jurnalist Səid Leylaza verdiyi və səsyazısı hökumət arxivlərinə yerləşdirilmiş müsahibəsinin yayılması geniş müzakirələrə səbəb olub. Müsahibəni aprelin 25-də Londonun "Iran International TV" telekanalı yayımlayıb.

Sözügedən müsahibədə Zərif Qasım Süleymanini İranın xarici siyasətinə müdaxilə etməkdə ittiham edib. Zərifin müsahibədə səsləndirdiyi fikirlər ölkənin mühafizəkar dairələrinin reaksiyasına və istefa çağırışlarına səbəb olub.

pia.az 


Etiket: Zərif


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar