Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölüm statistikası həyəcan təbili çalır”

İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu rəsmi ölüm statistikasına nəzər salıb.

Alim yazır ki, Dövlət Statistika Komitəsi Azərbaycanda əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsini 2018-ci ildə 5,8 nəfər, 2019-cu ildə 5,6 nəfər, 2020-ci ildə 7,6 nəfər, 2021-ci ilin ilk iki ayında 8,2 nəfər göstərib: “2020-ci ilin Vətən müharibəsində 3000 nəfərə qədər şəhid verdiyimizdən və koronavirus itkiləri səbəbindən əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi göstəricisi yüksəlib. Bu il koronavirus səngiməsə də, müharibə yoxdur, nədən ölüm səviyyəsi bu qədər artıb? Bəlkə koronavirusdan ölənlər açıqlandığından çoxdur?

Ölüm statistikası həyəcan təbili çalır. Bu artımın səbəbləri araşdırılmalıdır. Məncə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi göstəricisi hazırkı psixoloji və sosial-iqtisadi durumla birbaşa əlaqəlidir. Son vaxtlar intiharlar artıb, işsizlik, yoxsulluqdan əziyyət çəkənlər çoxalıb.

Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi göstəricisi həm də səhiyyənin bərbad vəziyyətini xarakterizə edir. Bunu 2019-cu ildə ölümlərin 41 faizinin 65 yaşa qədər olması da təsdiq edir” .

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-fevral aylarında ölkədə 13338 ölüm halı qeydə alınıb.

2020-ci ildə Azərbaycanda 75647 ölüm rəsmiləşib. Bu, 2019-cu illə müqayisədə 35,7% çoxdur.

2000-ci ildə ölkədə 46701 ölüm olub. 2001-ci ildə 45284 nəfər, 2002-ci ildə 46522 nəfər, 2003-cü ildə 49001 nəfər, 2004-cü ildə 49568 nəfər, 2005-ci ildə 51962 nəfər dünyasını dəyişib.

Sonrakı illərin rəsmi statistikası belədir:

2006-cı il – 52248 ölüm

2007-ci il – 53655

2008-ci il – 52710

2009-cu il – 52514

2010-cu il – 53580

2011-ci il – 53762

2012-ci il – 55017

2013-cü il – 54383

2014-cü il – 55648

2015-ci il – 54697

2016-cı il – 56648

2017-ci il – 57109

2018-ci il – 57250

2019-cu il – 55916.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar