Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaq pulu arqumentləri

Qubad İbadoğlu
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri

Azərbaycan Konstitusiyasının 16-cı maddəsinin I hissəsində göstərilir ki, dövlət xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Ana qanunun 38-ci maddəsinin I hissəsinə görə, hər kəsin sosial təminat hüququ var.

Bunlar o deməkdir ki, Azərbaycan dövləti vətəndaşlar, o sıradan uşaqlar qarşısında sosial öhdəliklər daşıyır.

Azərbaycan  1992-ci il iyulun 21-də BMT-nin Uşaq Hüquqları Konvensiyasına üzv olub, sonralar həmin sənədin müvafiq protokollarına da qoşulub və uşaqların haqlarının qorunması öhdəliyinə malikdir. Hazırda kasıb ailələrdə böyüyən uşaqların haqları pozulur.

Uşaq pulu konseptual olaraq əsasən sosial rifah dövlətlərində tətbiq edilir. Azərbaycan Konstitusiyasının 15-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Bu o deməkdir ki, Azərbaycanda sosial rifah dövləti formalaşdırılır və dövlət ideoloji baxımdan da uşaq pulu ödəmək öhdəliyinə malikdir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2020-ci il yanvarın 1-nə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 7 yüz nəfər olub. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 9 yüz nəfər göstərilib. Bu o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 2 yüz nəfər azalıb.

DSK bildirir ki, 2020-ci il yanvarın 1-nə sosial müavinət alan uşaqların sayı 401 min 249 nəfər olub. Bir nəfərə düşən orta aylıq məbləğ 118,4 manat təşkil edib, bu da 18 yaşa qədər uşaqların 15,2 faizi deməkdir. Deməli, uşaqların 85 faizə yaxını sosial müdafiə proqramlarından kənarda qalır.

BMT-nin Uşaq Hüquqları Konvensiyasının 2-ci maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər. Odur ki, uşaqlar arasında diskriminasiya yolverilməzdir.

18 yaşına qədər hər bir uşağa yardım edilməlidir. Bu zaman 2,6 milyon nəfərdən 400 min uşaq pulu alan kateqoriyanı çıxmaqla sayı azaltmaq mümkündür. 400 min uşağa ödəmələr hazırkı büdcədə nəzərdə tutulub.

Uşaq pulunun məbləği ailənin gəlirləri ilə hər bir üzvün yaşayışının minimum dəyəri arasında fərq qədər müəyyənləşdirilə bilər.

Uşaq pulunun maliyyələşdirilməsi və idarə edilməsi üçün Uşaq Fondu yaradılmalı, onun maliyyə mənbələri şaxələndirilməlidir. Büdcədən, Dövlət Neft Fondundan və şirkətlərdən ayırmalar hesabın fondun vəsaiti yetərincə təmin oluna bilər.

Uşaq pulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabiliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Dövlət uşaq pulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini büdcəyə qaytaracaq.

Uşaq pulunun ödənilməsi neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən aradan qaldıra bilər.

Uşaq pulunun ödənilməsi dövlət və ailə münasibətlərini möhkəmlədə, hakimiyyətə ailələrin etimadını artıra bilər.

Azərbaycanda uşaqlar doyunca yeməli, sağlam və savadlı böyüməlidir, bunun üçün də uşaq pulu mütləq verilməlidir!

Azərbaycanda uşağın anadan olmasına 200 manat birdəfəlik müavinət düşür. 18 yaşa qədər şəxslərə hər ay uşaq pulunun verilməsi 2006-cı ildən dayandırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar