Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşa Holdinq”ə məxsus bank deputatı və qardaşını məhkəməyə verdi - Səbəb

Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədova qarşı məhkəmə iddiası qaldırıb.

Məhkəmə iclasının bu gün - 02.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilməsi nəzərdə tutulub.

Məhkəmə iddiasının bor müqaviləsi üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 245,8 milyon manat olan “Kapital Bank” ASC-nin səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə məxsusdur.
Onu da qeyd edək ki, “Kapital Bank” ASC millət vəkili İqbal Məmmədovdan başqa Məmmədov Nəriman Qədir oğlunu (deputatın atası), Məmmədov Çingiz Nəriman oğlunu (deputation qardaşı) və “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinə qarşı da məhkəmə iddiası qaldırıb.

“Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinə 1996-cı ildə İqbal Məmmədov tərəfindən təsis olunub. Hazırda “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin dövlət büdcəsinə də böyük həcmdə - 9 milyon 262 min 108 manat vergi borcu var.

İqbal Məmmədovun rəhbərlik etdiyi daha bir şirkət - "Azqazservis" MMC isə bu yaxınlarda ləğv olunduğunu elan edib.

“Azqazservis” MMC təbii qazdan istifadə haqqının yığılması, sayğac göstəricilərinin dəqiqləşdirilməsi, yaranmış borclar üzrə istehlakçıların məlumatlandırılması, eləcə də təbii qazdan qeyri-qanuni istifadə hallarının aşkar edilərək aradan qaldırılması məqsədi ilə təsis edilib. MMC təsis olunduqdan cəmi bir ay sonra Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə müqavilə imzalayıb. İqbal Məmmədov 1982-88-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda SOCAR prezidenti Rövnəq Abdullayevin və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla birgə təhsil alıb.

Onu da bildirək ki, 2019-cu ilin avqust ayında millət vəkili İqbal Məmmədova məxsus Lerik rayonunda fəaliyyət göpstərən “Relax” istirahət mərkəzində vergi yoxlamasına gələn Vergilər Nazirliyinin işçiləri “Relax”ın işçiləri tərəfindən döyülüb.

Həmçinin qeyd edək ki, İqbal Məmmədovun böyük qardaşı Asif Məmmədov 2006-2011-ci illərdə Balakən, 2011-2013-cü illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı olub.(Yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay