Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peskov: “Putin ABŞ-ın Rusiya ilə güc mövqeyindən danışmasına imkan verməyəcək”

Rusiya ABŞ və ya digər ölkənin onunla güc mövqeyindən danışmasına imkan verməyəcək”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Arqumenti i faktı"ya müsahibəsində deyib.

"Heç kim ABŞ-ın Rusiya ilə güc mövqeyindən danışmasına imkan verməz. Bu, mümkün deyil. Amerikalılar mantra kimi təkrarlayırlar ki, hər kəslə güc mövqeyindən danışa bilərlər. Lakin nə Putin, nə də Rusiya rəhbərliyindən bir başqası amerikalıların və ya başqalarının bizimlə bu dildə danışmasına icazə verməyəcək. Bu, müzakirə predmeti deyil", - deyə Kremlin sözçüsü bildirib.

ABŞ-la diplomatik münasibətlərin dayandırılmasının mümkün olub-olmadığı barədə suala Peskov "Ekstremal ssenarilər barədə danışmaq istəməzdim" cavabını deyib.

V. Putinin mətbuat katibi Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Moskvaya məsləhətləşmə üçün dəvətini şərh edərək bildirib ki, məsələnin hazırkı Ağ Ev Administrasiyası dövründə Rusiya-ABŞ münasibətlərinin qiymətləndirilməsi ilə bağlı olduğunu əlavə edib. "Bundan sonra hansı istiqamətdə irəliləyəcəyimə dair daha aydın fikir formalaşacaq", - deyə Peskov vurğulayıb.

RusiyaABŞ-ın hələ də müzakirə üçün ortaq mövzuları olub-olmaması barədə sualı cavablandıran Peskov bunları deyib: "Bu, strateji sabitlik, silahlara nəzarət və regional münaqişələrin həllidir. O münaqişələr ki, ABŞ müsbət rol oynaya bilər".

Kremlin sözçüsü ABŞ-la İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı və bir sıra qlobal problemlər barədə danışmaq lazım olduğunu da söyləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar