Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sağlam cəmiyyət üçün qohum evliliklərinə “YOX” deməliyik - Video

Dünyada ən yüksək talassemiya göstəricilərindən biri məhz Azərbaycandadır.

Dünya miqyasında qohum evliliyindən doğulan uşaqların sayı 8.1 faiz təşkil edir. Ötən il ərzində Respublika Talassemiya Mərkəzinə isə 21 009 müraciət daxil olub. Müayinədən keçən 134 656 nəfərdən 4 358-ində daşıyıcılıq aşkarlanıb.

İrsi qan xəstəliyi olan talassemiya ilk dəfə qohumlar arasında nikahın dəbdə olduğu İtaliyanın Siciliya adasında aşkar edilib. Bu xəstəlik Avropada ən çox İtaliya, Yunanıstan və Kiprdə yayılıb. Kiprdə, hətta əhalinin 40 faizdən çoxu talassemiya xəstəliyinin daşıyıcısı olub.

Yaxınlıq dərəcəsinə görə ən riskli olanı isə birinci dərəcədən olan qohumların evliliyidir. Bu kateqoriyaya xala, bibi, dayı, əmi uşaqları arasında olan evliliklər aiddir. ABŞ-ın 24 əyalətində birinci dərəcəli qohumların evliliyi qadağan edilib.

Qazaxıstanda yaxın qohum evliliyi anlayışı yalnız 7-ci dərəcəli qohumdan başlayır. Tacikistan 2016-ci ildən qohum evliliklərinə qadağa qoyub. 2015-ci ildə isə Hollandiyada türk əsilli mühacirlərin qohum evliliyi qadağan olunub. Bu qadağaların səbəbi isə sağlam millət yetişdirməkdir.

Mövcud problemin həlli üçün dövlət strukturlarının birbaşa təsiri olmadığına görə yalnız ictimai qınaq, yaxud kütləvi maarifləndirmə işləri insanları yaxın qohum evliliklərindən çəkindirə bilər. Bu da daha sağlam cəmiyyət üçün atılan mühüm addımlardan biridir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar