Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BBC Laçından reportaj yaydı

BBC-nin rus xidməti Laçın rayonu və Rusiya sülhməramlılarının Laçın dəhlizindəki fəaliyyəti barədə reportaj hazırlayıb.

Reportajda rus hərbçilərinin mediadan çəkindikləri qeyd olunur:

Rusiya zabitləri blokpostun şəklini çəkməyə icazə vermir, suallara cavab verməkdən boyun qaçırırlar. Müqavilə ilə qulluq edən əsgərlər isə kamera və mikrofonlardan çəkinsələr də, söhbət zamanı güzəranları barədə danışmağa hazırdır”.

Adının çəkilməsini istəməyən rus hərbçilərindən biri deyib: “Burada internetdən istifadə etmək bizə qadağandır. Televizor var, amma heç bir kanalı tutmur, odur ki, heç açmırıq da. Hərdən diskdən filmlərə baxırıq. Mən isə boş vaxt olanda kitab oxuyuram”.

“Qırmızı Xaç ilə bir yerdə həlak olanların meyitlərini axtarmaq burada gördüyüm ən dəhşətli şeydir. Minalanmış sahələrə çıxmışıq, çaqqalların parçaladığı meyitləri görmüşük. Yadımdadır, Şuşaya gələndə yolboyu meyitlər səpələnmişdi. Hamısı 18-19 yaşlı erməni uşaqlarıdı… Azərbaycan hərbçilərinin haqqını vermək lazımdır. Yeni mövqeləri tutanda erməni hərbçilərin meyitlərinin çoxunu çaqqallara yem olmasın deyə torpağa basdırıblar. Bunu dəfələrlə özüm görmüşəm. Amma elə ki, meyitin üstünü heç olmasa azca torpaqla örtmədin, ancaq kiçik hissələri və sümükləri qalır”, – hərbçilərdən digəri təəssüratlarını bölüşüb.

Laçın şəhərinin bomboş olduğu bildirilir. Rəsmi məlumata görə, burada 80 erməni sakin yaşayır, qalanlar hərbçilərdir.

Dükanda satıcı işləyən Aida Balikyan Laçında qarətçiliyin xeyli yayıldığını bildirib: “Sülhməramlılar qayda-qanuna nəzarət etsələr də, həmin o qarətçilər də işini bilir, keşikçilərə rastlaşmayacaqları vaxt gəlirlər. Hətta bir vaxt tamam azğınlaşıb günorta çağı dam örtüklərini sökürdülər. Dəqiq bilirəm ki, azərbaycanlılar deyil, bizimkilərdir. Bunu kefindən etmirlər. Hətta naqilləri də sökürlər ki, satıb çörəkpulu etsinlər (Report”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Orban: Müharibəni bitirmək üçün Zelenski və Putin görüşməlidir

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Ən çox oxunanalar