Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadruta ilk girən Vətən Müharibəsi qazisi ilə bağlı Prezident və xanımına müraciət

Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlu ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlanıb.

Bu barədə Unikal.org-a açıqlama verən Z.Kazımovun vəkili Bəhruz Bayramov bildirib ki, onun ev dusaqlığına buraxılması üçün məhkəməyə müraciət edib. Onun sözlərinə görə, Z.Kazımovun ev dustaqlığına buraxılması üçün zəruri şərtlər var:

“Öncə onu qeyd edim ki, Ziya Kazımovun işi 3 il 6 ay öncə başlanıb, amma sonra istintaq hərəkətləri aparılmayıb. İndi iddia olunur ki, guya hazırda və bundan sonrakı dönəmdə istintaqa maneə yarada bilər. Halbuki belə bir niyyət olsaydı, 3 il 6 ay ərzində maneə yaradılardı. Digər tərəfdən, əgər onun hər hansı bir təqsiri varsa, bu müddət ərzində necə olub ki, hərbi xidmətini davam etdirib, rütbə və vəzifə alıb, təltif olunub? Biz hesab edirik ki, Ziya Kazımovun həbsdə saxlanmasına ehtiyac yoxdur, onsuz da hər hansı təqsiri olmadan bu qədər müddət həbsdə saxlanılır.

Bundan əlavə, Vətən Müharibəsi dövründə Ziya Kazımov kantuziya alıb və səhhətində ciddi problemlər var. Onun müalicəyə ehtiyacı olduğundan ev dustaqlığına buraxılması zəruridir. O ev şəraitində müalicə alaraq da istintaq davam etdirilə bilər”.

Vəkil onu da qeyd edib ki, Z.Kazımovun təqsirsiz olduğu, qanunsuz olaraq həbsdə saxlanılması və ev dustaqlığına buraxılması ilə bağlı 60 zabitin imzasıyla Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət edilib: “İnanırıq ki, Ziya Kazımovun əsassız olaraq həbsdə saxlanılmasına son vermək, onun ev dustaqlığına buraxılması üçün lazımi qərar veriləcək. Vətən Müharibəsi iştirakçısı və qazisinə qarşı haqsızlıq edilməsi qəbuledilməzdir”.

Qeyd edək ki, Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Ən çox oxunanalar