Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sərhədlərin bağlanması virusun qarşısını almır”

“Koronavirusla mübarizədə sərhədlərin bağlanması peyvənd kimi təsirli deyil”.

PİA.az xəbər verir ki, bu barədə səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakides “Augsburger Allgemeine” qəzetində dərc olunmuş müsahibəsində bildirib.

“Koronavirus mutasiyalarından qorxu başa düşüləndir. Amma həqiqət ondadır ki, sərhədlər virusun qarşısını almır. Yalnız peyvənd və gigiyena qaydalarına riayət mutasiyalara qarşı kömək edə bilər. Hesab edirəm ki, 2020-ci ilin mart ayında Avropada sərhədlərin bağlandığı vəziyyətə qayıtmaq yanlışdır”, - o deyib.

Kiriakides, həmçinin bildirib ki, əgər artıq Aİ-də sertifikat almış peyvənd istehsalçısı yeni mutasiyalarla mübarizə aparmaq üçün öz məhsulunu təkmilləşdirmək istəsə, o, bütün sertifikatlaşdırma prosesini yenidən keçməməlidir. “Yəni uyğun vaksinləri daha tez əldə etmək və eyni zamanda təhlükəsizlik tələblərini azaltmamaq mümkün olacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Almaniya bu həftə Çexiya və Avstriya sərhədində gücləndirilmiş nəzarət tətbiq edib. AFR hakimiyyəti koronavirus mutasiyalarının yayılmasından qorxur.

pia.az


Etiket: koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Güləşçisimiz Hacı Əliyev olimpiadaya qələbə ilə başlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay