Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Arxasında pullu sevgilisi olan adam Azərbaycanda veriliş aça bilər" - Kamran Həsənli

“Vaqif Mustafayev işlədiyi illər ərzində kanalı o vəziyyətə gətirib çıxarıb. Hamı bilir ki, Space telekanalı hansı haldadır. O rəhbər gələndə kanal çox yüksək səviyyədə idi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında aparıcı, aktyor Kamran Həsənli deyib. O, Space telekanalının vaxtilə ən reytinqli proqramlara ev sahibliyi etdiyini bildirib:

“Mən Vaqif Mustafayevi hələ vəzifədə olanda ən kəskin tənqid edən insanlardan olmuşam. Açığı, bu qərar gözlənilən deyildi, çünki artıq neçə illərdir ki, o, telekanalın prezidenti vəzifəsində idi. Səhv etmirəmsə, Azərbaycanda ondan daha uzun müddət telekanal rəhbəri olan şəxs yoxdur. Həmin illər ərzində də kanalı o vəziyyətə gətirib çıxarıb. Hamı bilir ki, Space telekanalı hansı haldadır. V.Mustafayev ora gələndə kanal çox yüksək səviyyədə idi. Bu gün ən reytinqli proqramların əsası məhz həmin kanalda qoyulmuşdu. “Sizin saat”, “Bu şəhərdə”, “Çal-çağır”, Brilliant xanımın proqramı kimi ən uğurlu layihələr bir kanalda yığılmışdı. Bu da əvvəl Eldar Namazovun, daha sonra Etibar Babayevin uğuru idi. Əslində V.Mustafayevin getmə qərarı çoxdan verilməli idi, məncə bu gecikmiş qərardır, amma bu olubsa, yaxşıdır. Görək bundan sonra nə yenilik olacaq, maraqlıdır”.



O, yerli telekanalların dünya təcrübəsindən faydalanmağının vacibliyini vurğulayıb:

Azərbaycan telekanallarına cəmiyyətin münasibəti birmənalıdır, yəni pisdir. Buna səbəb isə yerli telekanallardan peşəkar televizyonçuların uzaqlaşdırılmasıdır. Əvvəldən konsertlər oldu ki, insanları düşüncədən, intellektdən, milli düşüncədən uzaq etsinlər. Proqramların qayəsini şit zarafatlar, zövqsüz musiqilər təşkil edirdi. Lakin indi hər şey dəyişib, əsasən savaşdan sonra düşüncədə dəyişiklik oldu. Çox uzağa getmək lazım deyil, elə yanımızda Türkiyə, Rusiya kanalları kimi nümunələr var. Onlarda çox uğurlu proqramlar, konsertlər var, vətəndaşlar hər iki ölkənin dilini bildiyinə görə yerli kanallar rəqabət zamanı tam məğlubiyyətdədirlər”.

K.Həsənli deyib ki, hazırda peşəkar aparıcılar efirdən uzaq düşüblər:

“Televiziya kanallarının rəhbərliyinə, işçi heyyətinə peşəkarları heç cür yaxın buraxmırlar. Ən yaxşı nümunə elə mən özüməm, 20 il televiziyada işləmişəm, təvazökarlıqdan uzaq olsa da məni peşəkar saya bilərsiniz. Karyeramın ən önəmli illərini Space telekanalında keçirmişəm, işə orda başlamışam, tanınmışam, ən yüksək reytinq uğurları məndə olub. Amma bu gün məni telekanallara yaxın buraxmırlar. Küçədən keçən, əlində beş-on manatı, arxasında pullu sevgilisi, dayısı olan istənilən şəxs kanala girərək istədiyi verilişi aça bilir. Verilişlər də hamısı bizim o vaxt fikirləşdiyimiz ideya üstündə qurulub. İllər öncə “Sizin Saat” verilişi üçün bir ideya düşünmüşdük: canlı efir, kreslolar, qonaqlar gəlib bir-iki mahnı oxuyur və hansısa mövzunu müzakirə edirdik. Baxın, bunun üstündən 20 il il keçib, kreslolar divana çevrilib, oxuyanların sayı beşə qalxıb və axmaq mövzular müzakirəyə qoyulur. O vaxt bizim müzakirə etdiyimiz qlobal mövzular keçib məişət mövzularına. 20 ildir bu insanlar yeni nəsə fikirləşmək istəmirlər. Bilirsiniz dünyada necə uğurlu şou proyektlər var? Heç biri Azərbaycana gəlib çıxmır, imkan vermirlər. Çünki istedadsız, savadsız adamlar gəlib yerli kanallara doluşublar, işləyənlərə də şərait yaratmırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar