Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gazeta.ru: “Əliyev xarici siyasət problemlərinin həlli üçün çox təsirli bir vasitə - müasir ordu yaradıb”

Xəbər verildiyi kimi, bu gün qardaş Türkiyənin Qars vilayətində fevralın 12-dək davam edəcək Türkiyə-Azərbaycan birgə təlimləri başlayıb. Gazeta.ru-nun hərbi analitiki Mixail Xodaryonok bu faktdan çıxış edərək, bölgədəki hərbi-strateji vəziyyətin təfərrüatları və onun mümkün dəyişikliyi barədə məqalə yazıb. PİA.az təhlilin aktuallığını nəzərə alaraq, onu təqdim edir.

“Başlanan Türkiyə-Azərbaycan ortaq təlimlərinə moto-piyada və tank bölmələri və birləşmələri, raket qoşunları və artilleriya, hərbi hava qüvvələri, xüsusi təyinatlılar cəlb olunub. Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında manevrlərdə məqsədinin birgə əməliyyatlar zamanı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silah və nəqliyyat vasitələrini sınamaq olduğu bildirilib.

Hərbi manevrlərin gedişində həmçinin şərti düşmənin hədəflərinə hava hücumları, desant enişləri, maddi-texniki və texniki dəstək məsələlərinin hazırlanması ilə bağlı məşqlər planlaşdırılır. Start təlimlərdə heyətin və hərbi avadanlıqların sayı dəqiqləşdirilmir. Rəsmi hesabatlarda yalnız “genişmiqyaslı” təlimlərdən bəhs olunur.

Şübhəsiz ki, Qarsdakı təlimlər zamanı Türkiyə və Azərbaycan Silahlı Qüvvələri komandirlərinin və qərargahlarının döyüş əməliyyatlarını hazırlamaq və aparmaq, komandanlıq və idarəetmədə bacarıqları daha da təkmilləşmiş olacaq. Hərbi hissələr və bölmələrin fəaliyyətlərində uyğunluq və hazırlığı artırmağa xüsusi diqqət yetiriləcək. Əsas vəzifə - hərbi birləşmələrin səhra hazırlığını yaxşılaşdırmaq və qoşunların (qüvvələrin) koalisiya qruplaşmasının idarə edilməsi məsələlərini işləməkdir.

Bu baxımdan başlanan Türkiyə-Azərbaycan təlimləri əslində hər iki ölkənin silahlı qüvvələrinin ortaq döyüş və əməliyyat hazırlığının adi bir elementi olması ilə elə də maraq kəsb etməyə bilər (hansı ki, Güney Qafqazda sarsıntıya səbəb olacağı güman olunmur), daha vacib olan məqam partlayış təhlükəsi ola bölgədə hərbi-siyasi vəziyyətin yaxın gələcəkdə necə inkişaf edəcəyi ilə bağlıdır.

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağla bağlı imzalanan üçtərəfli bəyanatla əlaqədar Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək demişdi: “Nə oldu, Paşinyan? Status harda qaldı? Bu sənəddə Dağlıq Qarabağın statusu barədə bir söz də yoxdur. Status cəhənnəmə getdi, gorbagor oldu. Status yoxdur və mən prezident olduğum müddətdə də olmayacaq. Bura Azərbaycanın bir hissəsidir!”

Bölgədəki vəziyyəti qiymətləndirərkən İlham Əliyevin məhz bu sözlərini xatırlamaq lazımdır. Çox güman ki, bu, yalnızca dövlət başçısının adicə bir açıqlaması deyil, Azərbaycanın siyasi rəhbərliyinin yaxın gələcək üçün fəaliyyət proqramıdır. Üstəgəl, nəzərə almaq lazımdır ki, Əliyevin son vaxtlar özünün daxili və xarici siyasət problemlərinin həlli üçün çox təsirli bir vasitə - müasir ordu yaradıb.

Yaxın gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi gücü yalnız artacaq. Buna həm ölkənin iqtisadi kompleksinin imkanları, həm də Türkiyə ilə hərbi-siyasi ittifaq kömək edəcək. Bakının mövqelərinin möhkəmlənməsi proseslərinə böyük dərəcədə Azərbaycanın olduqca sərfəli coğrafi mövqeyi də yardımçı olacaq. Amerikalı politoloq Zbiqnev Bjezinskinin obrazlı ifadəsi ilı desək, Azərbaycanı Xəzər dənizi hövzəsi və Orta Asiya sərvətləri olan “butulka”ya girişə nəzarət edən həyati əhəmiyyətli bir “tıxac” rolundadır. Qaz və neft boru kəmərləri Azərbaycandan keçir, hansı ki, daha sonra kəmərlər Bakıya getdikcə daha çox siyasi və hərbi dəstək verən etnik qohum ölkə Türkiyə ərazisində davam edir.

Bakı ilə Ankara arasında hərbi-texniki əməkdaşlıq yalnız artan xətlə davam edəcək. Və əgər Azərbaycanın hava qüvvələri və ordu aviasiyası keçən ilki konfliktdə (44 günlük müharibə nəzərdə tutulur – red.) iştirak etməyibsə, bu gün bütün əsaslar var ki, deyək: olduqca yaxın gələcəkdə Bakı bu imkanlara da sahib olacaq.

Öz növbəsində Ermənistan bu gün bir növ geosiyasi siçan tələsindədir. Bu ölkə quru (əsasən dəmiryolu) və hava yolu ilə qonşu ölkələrin iradəsindən asılı olmadan xarici dünya ilə rabitə imkanından məhrumdur. Biz hələ dəniz yollarını demirik. Ermənistan müstəqil bir dövlət üçün onsuz da çox az olan əhalisi davamlı olaraq azalmağa meyllidir. Ölkə iqtisadiyyatı da təsirli artım templəri nümayiş etdirmir.

İrəvanın döyüşkən ordu yaratmaq imkanları ildən-ilə azalır. Əvvəla, onun kifayət qədər həcmdə müasir silahlar, hərbi və xüsusi texnika almaq şansı yoxdur. Bunun üçün respublikanın büdcəsində vəsait yoxdur. İkincisi, İrəvanın KTMT-dəki əsas müttəfiqi Rusiya Ermənistana kreditlə kifayət qədər miqdarda, hətta pulsuz silah verə bilməz.

Digər mümkün silah tədarükçülərinə gəldikdə, onlarla “diri pullar”la hesablaşmaq lazımdır ki, buna da Ermənistanın kifayət qədər miqdarda parası yoxdur. Ümumən Ermənistan tərəfdən Azərbaycan Silahlı Qüvvələri ilə eyni səviyyəyə qoyula biləcək bir ordu yaratmaq və onu müasir və perspektivli texnika ilə təchiz etmək ehtimalı olduqca illüziyalı görünür. Dağlıq Qarabağdakı birləşmələrə gəlincə, onlar bütün istəklərə rəğmən, heç vaxt yarım-partizan dəstələri olmaqdan o yana keçə bilməyəcək.

Onu da unutmayaq ki, Dağlıq Qarabağ hüquqi baxımdan Azərbaycanın bir parçasıdır və bu dövlətin sərhədləri beynəlxalq ictimaiyyət tərəfindən tanınır, mübahisələndirilmir. Hərbi-strateji vəziyyətin inkişafının istənilən ssenarisində hərbi əməliyyatlar Azərbaycan ərazisində baş verəcək.

Rusiyanın Güney Qafqazdakı rolu və iştirakına gəlincə, bir tərəfdən Moskva KTMT-də İrəvanın müttəfiqidir. Başqa tərəfdən, Kremlin Bakı ilə münasibətləri qəlizləşdirmək kimi lüksü yoxdur. Sadalananlarla yanaşı, Rusiya Federasiyası ərazisində Rusiya iqtisadiyyatına ciddi şəkildə inteqrasiya olunmuş böyük bir Azərbaycan diasporu var. Üstəgəl, hazırkı mərhələdə Moskva bu bölgədə qeyd-şərtsiz dominantlığını təmin eləmək üçün iqtisadi, maliyyə və hətta hərbi baxımdan o qədər də güclü deyil. Bizim yerli strateqlər və analitiklər də bu faktla hesablaşmalıdır”.

P.S. Yazının rusca orijinalı bu linkdə:

https://news.am/rus/news/626541.html

Tərcümə Musavat.com-undur

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay