Çərşənbə, 12 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil naziri şagirdlərin dərslərində geriləmələri barədə fikirlərə münasibət bildirdi

Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

PİA.az xəbər verir ki, nazir Xəzər Televiziyada yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı övladının 1-ci sinfə getdiyini bildirib.

Nazir qeyd edib ki, digər övladı isə məktəbəqədər yaşındadır: “Distant təhsil və teledərslər öz-özlüyündən izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial psixoloji sosial emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafının irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”, - deyə nazir əlavə edib. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zamirə Hacıyeva Bakıda qaçırılmasından danışdı: "Üç kişi məni apardı..."

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - Siyahı

Göygöldəki qətlin bəzi təfərrüatları məlum olub - Yenilənib

Tarixdə ən çox qol vuran futbolçuların siyahısı təqdim olundu

"Azərbaycanfilm" ölüm yatağındadır" - Xalq artisti 

Rusiyanın Azərbaycandakı bankında işçilərin maaşı 9% azalıb

Dürdanə Əliyevanın şikayəti ilə bağlı qərar

“Yelo Bank”ın problemli kreditləri ölkə üzrə orta göstəricidən çoxdur – Rəqəmlər

Azərbaycanda nikah yaşı üzrlü səbəblərə görə də 1 il azaldılmayacaq

Ən çox oxunanalar