Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusunun itkin düşən, bu gün nəşi tapılan hərbçisi dəfn olunub - Foto

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, Şərurun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi tapılan əsgəri dəfn edilib...

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Ceyhun Huseynovun nəşi Ordubad rayonu Gənzə kəndinə gətirilib. Evindən mərhumla vida mərasimi keçirilib, daha sonra cənazə namazı qılınıb.

C.Hüseynov Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - Qərar, Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Ən çox oxunanalar