Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosioloq: Bunlar nə hökumətin, nə də parlamentin heç vecinə də deyil...

2024- cü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda doğum 11.6% aşağı düşüb...

Elçin Bayramlı: “Əhalinin qocalması gedir, ailə qurma kəskin azalır, boşanmalar 50 faizə çatıb, dünya lideri olduq. Eyni zamanda azuşaqlı ailələrin sayı da artır”.

“Yaxşı olardı ki, deputatlar Milli Məclisdə boş-boşuna çıxış etmək yerinə bu məsələni qaldırsınlar və həyəcan təbili çalsınlar, müvafiq qanunlar qəbul etsinlər. Əgər bunu etməsək, biz yaxın onilliklərlə genefonumuzun məhv olduğunu görəcəyik”.

Bu sözləri sosioloq Elçin Bayramlı Azərbaycanda doğumun 11.6% aşağı düşməsini Poliqon-a şərh edərkən qeyd edib.

Ən son statistikaya görə 2024- cü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda doğum 11.6% aşağı düşüb. Etiraf etməliyik ki, bu qorxunc rəqəmdir. Azərbaycabda doğum Cənubi Qafqazda ən aşağı səviyyədədir. Ümumilikdə isə bizdəki vəziyyət Avropadakı ortalama vəziyyətlə eynidir və bu da hardasa 20 ildın sonra Azərbaycan üçün ciddi problemə çevriləcək.

Ailə və uşağın müdafiəsi üçün dövlət layihələrinin hazırlamasının vaxtı çoxdan çatmaylbmı?

Mövzunu Poliqon-un əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Ailələrin qorunması, birliyin təbliği, çoxuşaqlılığın təbliği elə-belə başa gəlmir. Dövlət sosial siyasət yürütməlidir. Məsələn, uşaq pulu bərpa olunmalıdır, ailələrin qurulmasına maddi, mənəvi dəstək verilməlidir, boşanmaların qarşını almaq üçün tədbirlər həyata keçirməlidir”.

Əhalinin qocalmasının sürətlə getdiyinə görə dövlətin sosial-iqtisadi yükünün artacağını qeyd edən sosioloq Poliqon-a açıqlamasında vurğulayıb ki, normal əmək qabiliyyətli əhalinin sayı azalanda, dövlətdən daha çox pensiya və müavinət alan əhalinin çəkisi artanda dövlət də bu yükü götürmək məcburiyyətində qalacaq:

“Əvvəl onu qeyd edim ki, problemə düzgün yanaşmanın vaxtı çatıb yox, vaxtı keçib. Artıq çox uzun illərdir bu proses gedir. Biz jurnalistlər, sosioloqlar daim həyəcan təbili çalırıq ki, artan xətt üzrə belə bir tendesiya gedir. Deməli əhalinin qocalması gedir, ailə qurma kəskin azalır, boşanmalar üzrə 50 faizə çatıb, dünya lideri olduq. Eyni zamanda azuşaqlı ailələrin sayı da artır. Bunlar nə hökumətin, nə də parlamentin heç vecinə də deyil. Halbuki, faktlar, dövlətin öz rəsmi statistikası göstərir ki, vəziyyət kritikdir və çox ağır nəticələrlə artıq üz üzəyik.

Çıxış yolları barədə deyə bilərəm ki, burda dövlətin bəzi proqramları, layihələri olmalıdır. Necə ki, bizdən başqa bütün ölkələrdə var. Ailələrin qorunması, birliyin təbliği, çoxuşaqlılığın təbliği elə-belə başa gəlmir. Dövlət sosial siyasət yürütməlidir. Məsələn, uşaq pulu bərpa olunmalıdır, ailələrin qurulmasına maddi, mənəvi dəstək verilməlidir, boşanmaların qarşını almaq üçün tədbirlər həyata keçirməlidir.

Burada həm sosial problemlərin, həm də mənəvi deklarasiyasının rolu var.

Sosial problemlər odur ki, Azərbaycanda gənclər artıq evlənə bilmir. Çünki gənclərin iş, ev problemləri var. Azərbaycanda evlərin qiyməti çox bahadır. Bir adam 50-60 il işləsə belə, Bakı şəhərində ev ala bilməz. İndi gənclər evlənsə belə, bir uşaqla kifayətlənirlər. Çünki bir uşağın böyük boya-başa çatması üçün böyük maddi imkanlar lazımdır.

Dövlət bu proseslərin qarşısını almağa məhkumdur. Çünki əhalinin qocalması gedir, milli genefondumuz dağılır. Normal ailələrdə uşaq sayı 3 olmalıdır. Artıq biz 1 uşaqlı ailə modelinə keçirik.

İkinci tərəfdən isə mənəvi deklarasiyasının qarşısı alınmalıdır. Bu gün ölkədə açıq şəkildə ailələrin məhv olunmasının, boşanmaların, uşaq dünyaya gətirməməyin təbliğatı aparılır. İnsanlara təbliğ olunur ki, öz həyatınızı yaşayın və həyatınızı uşağa həsr etməyin.

Elçin Bayramlı: “Bu gün ölkədə açıq şəkildə ailələrin məhv olunmasının, boşanmaların, uşaq dünyaya gətirməməyin təbliğatı aparılır”.

Yaxşı olardı ki, deputatlar Milli Məclisdə boş-boşuna çıxış etdiklərini, bu məsələni qaldırsınlar və həyəcan təbili çalsınlar, müvafiq qanunlar qəbul etsinlər. Əgər bunu etməsək, biz yaxın onilliklərlə genefonumuzun məhv olduğunu görəcəyik. Yəni ortalıq boşanmış ailələrin tranva almış uşaqları ilə dolacaq. Eyni zamanda qardaş, bacısı olmayan uşaqların da sayı artacaq. Əhalinin qocalması da getdiyinə görə dövlətin sosial-iqtisadi yükü artacaq. Normal əmək qabiliyyətli əhalinin sayı azalanda, dövlətdən daha çox pensiya və müavinət alan əhalinin çəkisi artanda dövlət də bu yükü götürmək məcburiyyətində qalacaq.

Bununla bağlı nə cəmiyyətində, nə mediada, nə dövlət orqanlarında, nə parlamentdə heç bir endişə verən yoxdur. Çünki biz sosial düşüncəli bir xalq deyilik. Biz bu günlə yaşayan bir cəmiyyətik. Biz növbəti 10-30 ili görmürük, heç görsək də vecimizə almırıq. Əgər 10 il əvvəl strateji baxışlarla bu günü görsəydik, indi bu günkü vəziyyət yaranmazdı. Eynilə bu qaydada davam edirik. Bunun da çox ağır nəticələri olacaq.

Əgər dövlət ağır formada müdaxilə etməsə, bu prosesin ağır nəticələri olacaq. Artıq bu işə çox böyük enerji, vəsaitlər tələb olunur. Çünki insanlarda psixologiya dəyişdirilib, elə bir şərait yaranıb ki, bunun öz-özünə dəyişməsi mümkün deyil”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - Qərar, Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Ən çox oxunanalar