Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qalstanyanın küçə terroru Ermənistan hakimiyyətinin zəifliyidir, yoxsa Paşinyan başqa məqsəd güdür?..

Ermənistanda keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə başlayan aksiyalar davam edir...

Siyasi-şərhçi: “Paşinyanın zəif davranmasında səbəblərdən biri də demokratiya amilidir. Hamımız çox gözəl xatırlayırıq ki, vaxtı ilə Paşinyan özü də eynən Baqrat kimi küçə aksiyaları nəticəsində hakimiyyətə gəlmişdi”.

“Baqratın ayın bu güni baş tutacaq həlledici aksiyası barədə onu deyə bilərəm ki, bu, təbliğat çıxışından başqa bir şey deyil”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli keşiş Baqrat Qalstanyanın Ermənistanda təşkil etdiyi etirazları Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanda hakimiyyət əleyhinə keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə başlayan aksiyalar davam edir. Mövcud vəziyyət ölkə daxilində gərginliyi artırır. Hətta vəziyyət o səviyyəyə çatıb ki, parlament binasının ətrafına tikanlı məftillər çəkilib. Qalstanyanın özünün dediyinə görə isə iyunun 12-si həlledici gündür və bəzi iddialara görə bu gün parlamentə hücum ola bilər.

Qeyd edək ki, Gürcüstanda baş verən etiraz aksiyalarının iştirakçıları Ermənistanda olduğundan daha çox idi. Buna baxmayaraq Gürcüstan hakimiyyəti daha qətiyyətli davrandı. Gürcüstan hökumətindən fərqli olaraq Paşinyan hakimiyyətinin etirazçılara qarşı daha zəif davranmasının səbəblərini necə izah etmək olar? Bu ümumiyyətlə, Qalstanyanın İrəvandakı küçə terroru Ermənistan hakimiyyətinin zəifliyidir, yoxsa Paşinyan başqa məqsəd güdür?

Ermənistanda baş verən son prosesləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Ermənistanda nə olmasa da, demokratiya nisbətən var və bu səbəbdən Paşinyan özünün demokrat imicinə xələl gəlməsini istəmir”.

Baqratın hazırda xalqdan aldığı dəstəklə çətin nəyəsə nail ola biləcəyini vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, nəyəsə nail olmaq üçün Baqrat gərək daha çox kütləni və daha çox ziyalını, söz sahibi olan təbəqəni ələ keçirsin:

“Paşinyanın zəif davranmasında səbəblərdən biri də demokratiya amilidir. Hamımız çox gözəl xatırlayırıq ki, vaxtı ilə Paşinyan özü də eynən Baqrat kimi etiraz aksiyaları nəticəsində hakimiyyətə gəlmişdi. İndi Baqrat Qalstanyanın elədikləri də Paşinyanın 6 il əvvəl elədiklərinin birəbir təkrarıdır. Bu səbəbdən Paşinyanın sərt olması, anti-demokratik üsullara əl atması gələcəkdə keçiriləcək seçkilərdə Paşinyanın səs itirməsi ilə nəticələnə bilər. Ermənistanda nə olmasa da, demokratiya nisbətən var və bu səbəbdən Paşinyan özünün demokrat imicinə xələl gəlməsini istəmir.

Baqratın ayın bu güni baş tutacaq həlledici aksiyası barədə onu deyə bilərəm ki, bu, təbliğat çıxışından başqa bir şey deyil. Baqrat bundan öncə də belə “həlledici” mitinqlər təşkil etmişdi, hətta bir ara Paşinyana istefa vermək üçün 1 saat vaxt belə vermişdi.Sonradan o, öz ultimatunu bir həftə daha uzatmışdı. Lakin gördüyümüz kimi Baqrat Qalstanyan heç bir nəticə əldə etmədi.

Kamran Məmmədli: “Paşinyan səbrlə davranır ki, Qalstanyan özü-özünü tükədib siyasi səhnədən getsin. Bu onun işinə daha çox yarayır və mən düşünürəm ki, bu elə belə də olacaq”.

Hesab edirəm ki, bu günkü aksiyada eyni türdən olacaq. Yəni sat 3-də parlamentin qarşısına gələcək, polislərlə mübahisə edəcək və gedəcək. Açığı mən düşünürəm ki, Qalstanyan daha çox siyasi imitasiya ilə məşğuldur. Paşinyan da bunu görür və onu özünə qarşı təhlükə kimi görmür. Paşinyan yaxşı bilir ki, Baqrat hazırki durumuyla, yəni xalqdan aldığı dəstəyin indiki səviyyəsi ilə heç nəyə nail ola bilməyəcək. Nəyəsə nail olmaq üçün Baqrat gərək daha çox kütləni və daha çox ziyalını, söz sahibi olan təbəqəni ələ keçirsin. Arxiyepiskopun xarixması isə bunu istisna edir.

Ona görə də Paşinyan səbrlə davranır ki, Qalstanyan özü-özünü tükədib siyasi səhnədən getsin. Bu onun işinə daha çox yarayır və mən düşünürəm ki, bu elə belə də olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - Qərar, Yenilənib

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Ən çox oxunanalar