Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev Avropa Parlamentinə seçkilərin nəticələrini qarmaqarışıq adlandırıb

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ötən həftə Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrini qarmaqarışıq adlandırıb...

Poliqon xəbər verir ki, Ağ Evin nümayəndəsi bu barədə jurnalistlər üçün onlayn brifinqdə bildirib.

“Nəticələr bəzi ölkələrdə birmənalı olmadığı üçün bütün Avropada qarışıqlıq yaradıb”, deyə Kirbi bildirib.

Ağ Ev rəsmisi qeyd edib ki, ABŞ hakimiyyəti Avropa Parlamentinin tərkibindən asılı olmayaraq, Avropadakı müttəfiqləri ilə əməkdaşlığı davam etdirəcək.

“Biz Avropa qitəsindəki müttəfiqlərimizə və tərəfdaşlarımıza hörmət edirik və tam əminik ki, Avropa Parlamentində kimin mandat qazanmasından asılı olmayaraq, biz Aİ ilə birgə işimizi davam etdirə bilərik”, deyə Kirbi vurğulayıb və əlavə edib ki, Bayden adminstrasiyası Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir.

Kirbi Fransa Milli Assambleyasının buraxılması və gələcəkdə keçiriləcək növbədənkənar seçkilərə də münasibət bildirib.

Prezident kim olur-olsun, Fransanın demokratik yolla seçilmiş liderləri ilə işləyəcək”, deyə Kirbi qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Ən çox oxunanalar