Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir və...”

Ötən gün prezident Rəcəb Tayyib Ərdoğan da gələcəkdə Qarabağda sülhməramlıların varlığı və iştirakı olmadan proseslərə hazırlaşmağın gərəkli olduğunu bəyan etmişdi.

Politoloq Azər Qasımov bildirib ki, Türkiyə Rusiyanın “sülhməramlı” adı altında hansı siyasəti həyata keçirdiyini, gizli planlarının olduğunu yaxşı anlayır.

Ekspertin sözlərinə görə, Rusiya həqiqətən də sülhməramlı missiya adı altında Qarabağda Azərbaycanın suverenliyini şübhə altına alan fəaliyyətlərlə məşğuldur:

“Sülhməramlıların statusu vacib məsələdir. Bu boşluqdan istifadə edən Moskva özbaşınalıqlar edir. Bu məsələnin Türkiyə tərəfindən gündəmə gətirilməsi bizim üçün çox vacibdir. Zamanla elə bir siyasi vəziyyət yaranacaq ki, Rusiya Türkiyənin regiondan çıxması üçün özü də burdan çıxmağa razı olacaq. Türkiyə bunun üçün nə lazımdırsa edəcək. Ərdoğanın Putinə “sülhməramlıların lazım olmayacağı dövrün gələcəyini” eşitdirməsi buna sübutdur. Türkiyə prosesləri Rusiya ilə bərabər səviyyədə masaya çıxarır. Ankara heç vaxt Rusiya "böyük dövlətdir", "onunla hesablaşmaq lazımdır" kontekstindən çıxış etmir. Doğru hesab etdiyi yoldan geri çəkilmir. Təbii ki, bu, kor-koranə istəyinə nail olmaq, "heç kimlə hesablaşmamaq" anlamına gəlmir. Siyasətdə harada durmağı bilən tərəf qazanır. Türkiyənin “dərin dövlət” ağlı, strateji planlama və oyun qurmaq qabiliyyətinə arxayın olmalıyıq. Əminliklə deyə bilərəm ki, Türkiyə RusiyaAzərbaycanda neytrallaşdırmağın yolunu bilir və bunun üzərində işləyir. Yetər ki, biz rus xofundan azad olaq. Türkiyə regiona yerləşdikcə bizim maraqlarımızı daha uğurla qoruyacaq. Bundan xəbərimiz olmaya bilər, əsas odur ki, bizim Türkiyəyə inamımız tam olsun”.(Sherg.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay