Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azəripəy”in zərəri 4 dəfədən çox artıb

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “Azəripək” MMC 2019-cu ili 262 min manat zərərlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 4,2 dəfə çoxdur.

2019-cu ildə “Azəripəy”in satış hesabına əsas əməliyyat gəlirləri 1,768 milyon manat (2018-ci ilə nisbətən 3,6 dəfə çox), satışının maya dəyəri 1,445 milyon manat (4,9 dəfə çox), sair əməliyyat gəlirləri 5 min manat (2018-ci ildə olmayıb), kommersiya xərcləri 6 min manat (15,55% çox), inzibati xərcləri 578 min manat (2,7 dəfə çox), sair əməliyyat xərcləri 6 min manat (86,25% və yaxud 7,3 dəfə az) təşkil edib.

2020-ci il yanvarın 1-nə “Azəripəy”in aktivləri 9,534 milyon manat olub ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 13,3% azalaraq 2,273 milyon manata düşüb, balans kapitalı isə 4,1 dəfə artaraq 7,262 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,2 dəfə artıraraq 7,587 milyon manata çatıb.

Xatırladaq ki, "Azəripək" 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex, qeyri-istehsal sahələrinə isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələri daxildir. 

pia.az 


Etiket: Azəripəy


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar