Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Qərib: "Türkiyə 146 Azərbaycan ziyalısını SSRİ-yə qaytarıb və onlar güllələniblər"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Boraltan faciəsi haqda dedi, maraqlanıb internetdə axtardım. Həqiqətən də, böyük faciə olub.

Deməli, 1944-ildə 146 nəfər Azərbaycan ziyalısı - həkimlər, müəllimlər, mühəndislər və s. kommunist rejimindən qaçaraq Türkiyədən sığınacaq istəmişdilər və Türkiyə onları qəbul etmişdi.

Lakin az sonra Stalinin tələbi ilə həmin azərbaycanlılar SSRİ-yə qaytarılmış və dərhal güllələnmişdilər.

Boraltan körpüsü Türkiyə ilə Naxçıvanı birləşdirən körpüdür və azərbaycanlıları qatara mindirib bu körpüdən ölümə yola salmışdılar.

Deyilənə görə, Karsdan keçəndə azərbaycanlılar bütün qiymətli əşyalarını, geyimlərini qatardan çölə atırdılar ki, qoy sizə qalsın, onsuzda bizi çatan kimi öldürəcəklər. Belə də oldu.

Bizimkilər sərhədi keçib Naxçıvana çatan kimi, hamının əlini qandalladılar və Arazın o tayından baxan türklərin gözləri qarşısında güllələdilər.

Azərbaycanlıları təhvil verən türk zabitinin psixikası pozuldu və o, öz ömrünü dəlixanada bitirdi.

Türkiyə sərhəd qoşunlarının digər zabiti isə bu dəhşətli mənzərəyə dözməyib özünü öldürdü.

Deyirlər, azərbaycanlılar yalvarırdılar ki, qoy bizi türk əsgərləri Türkiyə bayrağı altında güllələsinlər, amma çi fayda.

Bu faciə uzun illər bizdən gizlədilirdi, Ərdoğan isə son çıxışında bu haqda dedi, sağ olsun.

Xatırladım ki, o vaxt Türkiyənin Prezidenti İsmət İnönü olub və bu faciəvi qərarı özü şəxsən imzalayıb. Bizə qalan isə bu şeir oldu:

Boraltan bir körpüdür, aşıb keçər Arazı,

Yusan Araz suyu ilə, çıxmaz üzün qarası.

Düşmən gözlər qarşıda, önünə qatdı məni,

Can alınan bazarda, qardaşım satdı məni.

Dönüb səsləndim geri, mərhəmətsiz birinə,

Məni siz vursaydınız, bu kafirin yerinə... (pravda)

Azər Qərib Jurnalist

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay