Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsəlman dünyasını aclıq gözləyir? - İslamafobiya...

Bütün dünyada islamafobiyanın artdığı bu illərdə kasıb müsəlman ölkələrini nə gözləyir?..

Sosioloq: “Dünyanın iqtisadi və elmi cəhətdən inkişaf etmiş 10 ən güclü ölkəsi sırasında bircə müsəlman ölkəsi də yoxdur. Halbuki, dünya sərvətlərinin böyük hissəsi müsəlman ölkələrinin ərazisindədir”.

“Dünya müsəlmanlarının sosial vəziyyəti müsəlmanlıqla və ya digər din mənsubluğu ilə əlaqəli deyil və ola da bilməz. Problem bu ölkələrin normal və ya qeyri-normal hakimiyyətlərinin olması ilə bağlı ola bilər”.

Bu sözləri sosioloq Elçin Bayramlı ciddi islamafobiyanın yaşandığı hazırkı dünyada yaxın illərdə texnoloji inkişafdan və karbohidrogen ehtiyyatlarından məhrum olan kasıb müsəlman ölkələrini nəyin gözlənildiyini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Federasiyasında müsəlmanların hüquqlarına riayət edilməsi vəziyyəti haqqında” hesabat yayılıb. Hesabatda qeyd edilib ki, Avropa ölkələri də daxil olmaqla islamofobiyanın böyüməsi yaxın illərdə müsəlmanları aclıqla üz-üzə qoyacaq. Hesabatda qeyd edilib ki, epidemiyanın yayılması nəticəsində müsəlmanların vəziyyəti xeyli pisləşib.

Hesabatda həmçinin vurğulanır ki, miqrasiya böhranının mənfi təsirləri və terrorçuların hərəkətləri müsəlmanların mövqeyinə ciddi təsir göstərir. Bu proseslərin nəticəsi olaraq, Qərbi Avropa və Şimali Amerikadakı ictimai hisslər daha da radikallaşır, islamofobiya artır və müsəlmanlara zülm edilir.

Ümumiyyətlə bütün dünyada islamafobiyanın böyüdüyü bu illərdə texnoloji inkişafdan və karbohidrogen ehtiyyatlarından məhrum olan kasıb müsəlman ölkələrini nə gözləyir?

Mövzunu PİA.az-ın əməkdaşı ASAM rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Böyük dövlətlər, xüsusən də Qərb dövlətləri yoxsul müsəlman ölkələrində terror, vətəndaş müharibələri törədir, onların sərvətlərini talan edir, özlərini isə iqtisadi və sosial böhranla üz-üzə qoyurlar”.

Hazırda dünyadakı 1 milyard ifrat yoxsul və ac insanın yarıdan çoxunu müsəlmanların təşkil etdiyini vurğulayan sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, bunu aradan qaldırmaq üçün həmin müsəlman ölkələri təhsilə, elm və texnologiyaya, iqtisadi inkişafa fikir verməlidirlər:

“Düzdür, bəzi yerlərdə islamafobiya müşahidə olunur. Lakin dünya müsəlmanlarının sosial vəziyyəti müsəlmanlıqla və ya digər din mənsubluğu ilə əlaqəli deyil və ola da bilməz. Bu daha çox həmin ölkələrin hakimiyyətlərinin normal və ya qeyri-normal olması ilə bağlı ola bilər. Məsələn, Rusiyada, Avropa ölkələrində müsəlman vətəndaşlar da digər dinlərdən olan vətəndaşlarla eyni hüquqlara malikdir və heç bir ayrı-seçkilik qoyulmur. Həmin ölkədə ümumi xalqın vəziyyəti necədirsə, müsəlman vətəndaşların da vəziyyəti eyni olacaq. Lakin yoxsul müsəlman ölkələrində fərqli ola bilər. Çünki böyük dövlətlər, xüsusən də Qərb dövlətləri yoxsul müsəlman ölkələrində terror, vətəndaş müharibələri törədir, onların sərvətlərini talan edir, özlərini isə iqtisadi və sosial böhranla üz-üzə qoyurlar. Buna qarşı müsəlman ölkələri birlik və həmrəylik nümayiş etdirməlidir.

Yoxsul müsəlman ölkələrini nə gözləməsinə gəldikdə isə deyə bilərəm ki, onları xeyli problemlər gözləyir. Bu ölkələr qəsdən texnologiyadadan kənar saxlanır. Onlara Qərb ölkələrinin təminatı üçün ucuz xammal bazası və işçi qüvvəsi kimi baxılır və yanaşılır. Bu ölkələr iqtisadi və texnoloji inkişaflarını təmin etməlidirlər. Əgər Amerika və Avropa buna şərait yaratmırlarsa, digər iri dövlətlərlə əməkdaşlıq edə bilərlər. Məsələn Çinlə əməkdaşlaq edə bilərlər, bəziləri edir də. Məsələn, bir sıra Afrika ölkələri Çinlə əməkdaşlıq sayəsində iqtisadi və texnoloji inkişaf əldə edirlər.

Elçin Bayramlı: “Bu ölkələr qəsdən texnologiyadadan kənar saxlanır. Onlara Qərb ölkələrinin təminatı üçün ucuz xammal bazası və işçi qüvvəsi kimi baxılır və yanaşılır”.

Dünyanın iqtisadi və elmi cəhətdən inkişaf etmiş 10 ən güclü ölkəsi sırasında bircə müsəlman ölkəsi də yoxdur. Halbuki, dünya sərvətlərinin böyük hissəsi müsəlman ölkələrinin ərazisindədir. Sadəcə bu ehtiyatları istehsal edib bəhrələnə bilmirlər, çünki özlərində istehsal texnologiyaları, elmi bazaları yoxdur. Buna görə də bu ehtiyatları başqa ölkələrin transmilli şirkətləri istismar edir və qazancın çoxunu da özlərinə götürürlər.

Hazırda dünyadakı 1 milyard ifrat yoxsul və ac insanın yarıdan çoxunu müsəlmanlar təşkil edir. Bunu aradan qaldırmaq üçün həmin müsəlman ölkələri təhsilə, elm və texnologiyaya, iqtisadi inkişafa fikir verməlidirlər. İqtisadi cəhətdən imkanlı müsəlman ölkələri də onlara kömək etməlidirlər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay