Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Camaatın işi-gücü yoxdur durub sizin fotonu seçəcək?” - Aparıcı

"Bilmirəm, həmkarlarıma, şou-biznes aləminə deyim, yoxsa siravi insanlara səslənim: təsəvvür edin, ən sonuncu şəhidimizi hesablasaq, 40-ı dekabrın sonunda çıxacaq. Gəlin, bu rəsmləri yığışdıraq”.

Bu sözləri aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında yazıb.

Teleaparıcı sosial şəbəkələrdə şəkillərini paylaşan şou nümayəndələrinə səslənib:

“Gəlin, bu rəsmləri yığışdıraq. Mən də o qədər sevindim ki, bir-iki gün əl qaldırıb oynadım. 30 ilin həsrəti var idi. Amma o sevinci yaşadıqmı? Şəhidlərimiz var... 40 gün açıq-saçıq şəkillər, gülüş dolu paylaşımlar etməyək. Heç mənə çatmır, qoyurlar yazırlar ki, birinci, yoxsa ikinci şəkil? Camaatın heç işi-gücü yoxdur durub sizin fotonu seçəcək? Anlayıram, öz ətrafınız, izləyiciləriniz var. Bunları yığışdıraq. Nə qalıb ki, dekabrın sonuna qədər dözək. Yenə yanvarın birindən paylaşın. O sizin səhifəniz, həyatınız... Bilirəm, bəziləri xoş güzəranından qalır. Amma bu gün öndə olan bir məsələ, zəfər, bu qələbəni qazanan, can qoyan igidlər var. İnanıram ki, çoxunuz mənimlə razısınız".(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Arabir yağış yağıb, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - Faktiki hava , Yenilənib

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Ən çox oxunanalar