Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu müddət ərzində ermənilərin maskaları cırılıb, əsl və çirkin sifətləri görsənib” – Qubad İbadoğlu

“İnanıram ki, Şuşanın tezliklə azadlıq xəbəri bizlərin hər biri üçün həyatımızın ən böyük hədiyyəsi olacaq”.

“Artıq 40 gündür ki, hər birimiz həyacanla dolu ömür sürür, hər gün səbirsizliklə, intizarla müzəffər ordumuzun tam və qəti qələbəsini gözləyirik. Əsgər və zabitlərimiz ailə üzü görmür, rahat yorğan-döşəkdə yatmır, səhərədək növbə çəkir, döyüşləri və ermənilərə verdikləri dərsləri ilə yeni tarix yazır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

ADR Hərəkatının sədrinin sözlərinə görə, 40 gündür ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan igidlərimiz rahat uyuyur, ruhları şaddır, canlarından keçdiyi vətən torpağının 4 rayon mərkəzi, 5 qəsəbə, 200 kənd, 209 yaşayış məntəqəsi işğaldan azad edilib: “Bu 40 gün ərzində Xudafərin də daxil olmaqla, 132 km-lik cənub sərhədimiz 27 illik əsarətdən qurtarılıb, indi həmin sərhədlərdə Azərbaycan bayrağı dalğalanır, onun keşiyini də öz əsgərlərimiz çəkir. Bu müddət ərzində ermənilərin beynəlxalq səviyyədə apardığı yalançı təbliğatları ifşa olunub, xarici ictimaiyyət və institutlar erməniləri daha yaxından tanıyıb, bir sözlə, onların maskaları cırılıb, əsl və çirkin sifətləri görsənib. Bu 40 gün ərzində yüzlərlə şəhidimiz və yaralanlarımız oldu, hər şəhidimizi cəbhəyə könüllü yollanan minlərlə igidlər əvəz elədi, nəticədə Azərbaycan ordusunda döyüş ruhu bir anda olsa belə, sönmədi.

 Xalq bütünləşdi, dostu düşməndən ayırmağı bacardı, hər kəs hər an cəbhəni düşünüb, birlik və həmrəylik üçün çalışdı. Biz də sizlərlə səhərlərimizi birgə açaraq, xoş xəbərlər müjdəsinə aludə olduq, onları bəzən tez, bəzən vaxtında, bəzən isə gec də olsa əldə etdik. Bir gözümüz güldü, bir gözümüz ağladı, həmişə inamla qələbə gözlədik, gözləntilərimiz böyük olsa da şanlı ordumuzun sayəsində onun doğrulacağına inanımız heç vaxt itmədi. Bugün də inamlıyıq, Qarabağdan xoş müjdələr, sevinci xəbərlər sorağındayıq. İnanıram ki, Şuşanın tezliklə azadlıq xəbəri bizlərin hər biri üçün həyatımızın ən böyük hədiyyəsi olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Arabir yağış yağıb, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - Faktiki hava , Yenilənib

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Ən çox oxunanalar