Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Rusiyaya diş qıcayır, yoxsa xəyanət?

Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) “təhlükəsizlik xidməti”nin direktoru Kamo Ağacanyanın ABŞ-a məxsus hərbi geyimdə görüntülənməsi Rusiya ictimai-siyasi çevrələrində müzakirələrə səbəb olub. 

PİA.az YeniSabah-a istinadən xəbər verir ki, Rusiyanın əksər siyasi ekspertləri bunu “DQR”in Qərbə reveransı kimi dəyərləndirir.


Rusiyalı ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko yazır ki, Kamo Ağacanyanın ABŞ ordusunun emblemi olan hərbi geyimdə ortaya çıxması Qərbə meyllənən İrəvandan ilhamlanan “DQR”in siyasi orientasiyasında dəyişiklik etməsinə işarə sayıla bilər.    

Dağlıq Qarabağ münaqişəsinin gündəliyində “DQR” Milli Təhlükəsizlik xidmətinin rəhbəri Kamo Agacanyanın gözlənilmədən “ABŞ ARMY” emblemi olan forma ilə ortaya çıxması dayanır. Rəsmi İrəvanın qərbyönümlü siyasətə meylli olduğunu nəzərə alaraq, Ağacanyanın Ermənistanın Baş naziri Paşinyan tərəfindən DQR-in prezidenti postuna təyin olunmuş Araik Arutyunyanın yanında bu cür dayanması DQR-in də Qərbə tərəf yönəlməsinə işarə sayıla bilər”, - deyə ekspert vurğulayıb.

İqor Korotçenko daha sonra Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə müraciətini yada salıb:

“Arutunyan bu gün RF prezidentini “Moskvaya tarixən sadiq olan ermənilərin” xətrinə  münaqişəyə müdaxilə etməyə dəvət edir. Buna rəğmən, gözlənilməz, lakin məntiqi olan odur ki, DQR -in bir rəsmi şəxsi ABŞ formasını geyinib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar