Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı politoloqlar dinc şəhərlərə hücumları pislədilər

Azərbaycanın dinc sakinlərinə qarşı Ermənistan tərəfindən edilən raket hücumları ilə bağlı Rusiyanın bəzi politoloqları fikirlərini bölüşüblər.

“Report”un Rusiya bürosu xəbər verir ki, hərbi ekspert İqor Korotçenko bu əməlləri müharibə cinayəti olaraq səciyyələndirərək Ermənistan rəhbərlərinin cəzalandırılmasının vacibliyini qeyd edib:

“Beynəlxalq humanitar hüquqa əsasən, mülki əhalini öldürmək, dinc şəhərləri atəşə tutmaq müharibə cinayəti sayılır, buna başqa ad vermək mümkün deyil. Yəni bu kimi əməllərə görə beynəlxalq cinayət məhkəməsinin təyin edəcəyi müvafiq cəzalar nəzərdə tutulur. Bəs bunu niyə edirlər? Başlıca səbəb, məncə, döyüş meydanında Ermənistan hərbi birləşmələrinin uğur qazana bilməyib geri çəkilməyə məcbur olmasıdır. Bunun əvəzini də bu cür hücumlarla çıxırlar”.

“Vesti Kavkaza” İnformasiya Agentliyinin baş eksperti Andrey Petrov da bu raket hücumlarını terror olaraq dəyərləndirərək Azərbaycanın mümkün qədər çox dinc sakinlərini öldürmək niyyəti daşıdığını bildirib:

Azərbaycanın dinc şəhərlərinin vurulması əhaliyə qarşı törədilən terrordur. Artıq Ermənistanı terrorçu təşkilatın idarə etdiyini söyləyə bilərik. Yəni Nikol Paşinyan hökuməti Azərbaycanda mümkün qədər çox dinc sakini qətlə yetirmək, onlara vahimə salmaq məqsədini güdən terrorçu təşkilatdır, yalnız bu cür səciyyələndirilə bilər. Bu məqsədə doğru onlar ardıcıllıqla irəliləyirlər. Yəni həm bu hücum, həm də əvvəlki hücumlar heç də məsələn, azad olunan bir ərazinin qisasını almaq və ya qorxutmaq məqsədli hansısa əlahiddə bir əməliyyat deyil. Paşinyan rejimi Azərbaycan əhalisini məhv etməyi nəzərdə tutan konkret bir planı var və bu plana da əməl edirlər. Odur ki, bütün beynəlxalq təşkilatlar bunu dərk etməli, qəbul etməlidir. Ermənistanın törətdiyi müharibə cinayətlərini tanımaq və bu terrorçuluq fəaliyyətinə son vermələri üçün onlara lazımi təzyiq göstərmək lazımdır”.

Şərqşünas, türkoloq Yuri Mavaşev Ermənistanın başlıca məqsədinin Azərbaycana qarşı müharibəyə Rusiyanı da cəlb etmək olduğunu düşünür:

“Bu müharibədə elə lap əvvəldən mülki obyektlərə qarşı, həm də məhz Ermənistan tərəfindən Azərbaycan ərazisinə qarşı hücumların səciyyəvi hal alması göz qabağındadır. Bu, çox mühüm məqamdır, çünki bu müharibəyə KTMT-ni cəlb etmək, Rusiyanın Ermənistan tərəfində iştirakına nail olmaq məqsədilə mütəmadi təxribatlar törədilir”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar