Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsizik” - İnfeksionist

“Hər il qış aylarında hava-damcı yolu ilə keçən infeksiyalarda artım müşahidə olunduğunu nəzərə alaraq, COVID-19-un da payız-qış mövsümündə daha da artacağını gözləyirdik”.

Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assenti, həkim-infeksionist Nilufər Məmmədova deyib. O bildirib ki, bu, həm mövsümi dəyişikliklərin orqanizmə təsiri, həm virusun soyuq havalarda yoluxduruculuğu üçün əlverişli şəraitin olması, həm də qapalı məkanlarda çox olmaqla əlaqəlidir: “Yay aylarında virusun tam yox olacağını gözlədiyimiz halda təəssüf ki, bunu müşahidə etmədik. Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsiz olduğumuz üçün ən yaxşı addım qorunma tədbirlərinə daha ciddi riayət etməkdir”.

İnfeksionist vurğulayıb ki, insanlar əlləri tez-tez yumalı və ya dezinfeksiya etməli, sosial məsafəni gözləməli, maska taxmalıdır: "Vətəndaşlar maska ilə bağlı qaydalara düzgün riayət, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməli, kütləvi toplaşmalardan uzaq durmalı və xəstəliyin bir simptomu olsa belə, dərhal həkimə müraciət etməlidirlər”.

N. Məmmədova qeyd edib ki, son günlər insanlarımız əsgərlərə pay göndərirlər və bu, çox qürurverici haldır: “Pandemiyanın davam etdiyini xatırlatmaq borcumuzdur. Düşünürəm ki, xüsusən əsgərlərimiz mövzusunda daha ehtiyatlı olmalıyıq. Belə ki, əsgərlərə aparılan yardımlar və yardımı çatdıranlar virus daşıyıcısı olaraq onlar üçün təhlükəli ola bilər. Səbrli olaq, qaydalara riayət edərək ordumuza dəstək olmağa çalışaq!”. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay