Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

Qondarma “dqr prezidenti” Araik Arutyunyanın Rusiya prezidenti Vladimir Putinə dünən yayılmış açıq məktubu erməni cəmiyyətində geniş müzakirə olunub. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yazır.

Bildirilir ki, Arutyunyanın məktubu cəmiyyəti “hərbi-patriotik nəğmələrlə” bəsləyən dairələr üçün əsl soyuq duş effekti yaradıb. Hamıya bu mesajı verib ki, reallığa geri qayıtmaq vaxtıdır.

Xatırladaq ki, Arutyunyan Putinə məktub yazıb ondan acizanə şəkildə döyüşlərin dayandırılması üçün bütün mümkün olanı etməyi və siyasi prosesin bərpasını xahiş etmişdi.

Qəzetin yazdığına görə, Arutyunyanın Putinə məktubu onun bir neçə gün əvvəl baş nazir Nikol Paşinyana da eyni məzmunlu məktub göndərdiyi barədə xəbərləri təsdiqləmiş olur. Belə ki, həmin məktubda qondarma “prezident” vəziyyətin acınacaqlı olduğunu bildirərək danışıqlar prosesinə qayıtmaq üçün tədbirlər görməyi xahiş edibmiş.

Paşinyan bu haqda parlamentdə təmsil olunmayan siyasi partiyaların rəhbərləri ilə görüşündə danışıb. Lakin belə məktubun olması nəyə görəsə rəsmən təsdiqlənmir. Arutyunyanın mətbuat katibi Vaqram Poqosyan deyir ki, o məsələnin cəbhədə həll olunduğunu hesab etməkdədir.

“Lakin bir vacib məqam qaranlıq qalır: əgər Arutyunyan Putinin və Rusiyanın bu münaqişədəki roluna belə vacib əhəmiyyət verirdisə nəyə görə dinc şəraitdə bəzilərinin kaprizlərinə boyun əyib Rusiyanın persona non-qrata elan etdiyi şəxsləri vəzifələrə təyin edirdi? Söhbət “xarici işlər naziri” Masis Mailyandan və “təhlükəsizlik şurasının katibi” Samvel Babayandan gedir”,-qəzet yazır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

Ən çox oxunanalar