Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluq məlumat yayıb

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Həyata keçirilən bu tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş
prokurorurorluğunda Fransa Respublikasının vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında araşdırma
aparılıb.

Araşdırmalarla xarici ölkə vətəndaşları Artur Oqanisyan və Vaaqn Çaxalyanın Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq
səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələrinə, “Dağlıq Qarabağ
Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və anti-terror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsinə yönələn təcavüzkar müharibədə Ermənistan Respublikasının siyasi-hərbi rejimi tərəfindən hərbi münaqişədə
muzdlu kimi istifadə edilmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, araşdırmalarla qeyd olunan şəxslərin qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələrinə şübhələr üçün əsaslar müyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 279.3-cü (qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Baş Prokurorluq tərəfindən qeyd edilən şəxslərin vətəndaşı olduqları ölkələrin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğular göndərilmişdir.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Ermənistanı BRICS sammitində Paşinyan təmsil edəcək

Rusiyada Vahid Səsvermə Gününün birinci günü keçirilir: qubernator, mer və deputatlar seçilir

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Ən çox oxunanalar