Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Ukraynadakı səfirliyinin muraciəti

Azərbaycanın Ukraynadakı səfirliyi Ukrayna Ali Radasının sədri Dmitri Razumkova müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“İlk növbədə Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi adından Ukrayna Prezidenti Vladimir Zelenskinin bu yaxınlarda Çernovtsidə KİV nümayəndələri ilə ünsiyyət zamanı “son illər Ukrayna və Azərbaycan həm iqtisadi, həm də geosiyasi səviyyədə sıx münasibətlər qurublar. Buna görə də Ukrayna bu dövlətə dəstək mövqeyində durub və duracaq” deməsini dərin minnətdarlıq hissi ilə qeyd etmək istərdik. Bununla yanaşı, o vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi zonasında hərbi vəziyyətin kəskinləşməsi fonunda Ukraynanın münaqişə tərəflərindən hər hansı birinə hərbi yardım göstərməsindən söhbət gedə bilməz.

Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq deputat İlya Kivanın öz “Facebook” səhifəsində pravoslav xristianlarına “xristian və müsəlman dünyasının minillik qarşıdurmasına qoşulmağa və bu işdə Ermənistana yardım göstərməyə” çağırış edərək “Türkiyə və Ermənistan arasında müharibə” haqqında bu yaxınlardakı videomüraciəti ilə bağlı qəti hiddətimizi ifadə etməyə icazə verin. Hesab edirik ki, Ukrayna Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyinin vətəndaşların müraciətləri, habelə KİV-dəki materiallar əsasında bu gündən etibarən həyat tərzini yoxlamağa başladığı İ.Kivanın bu cür “çox gur ifadələri” onun çoxmillətli və çoxkonfessional Ukraynada da sülh və həmrəylik şəraitində yaşayan müxtəlif inanclı insanlara qarşı humanizmdən kənar münasibətini sübut edir.

Qeyd edək ki, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycandakı fərqli dinlərin dinc mənsublarına və Azərbaycan xalqının müqəddəs dini yerlərinə qarşı çoxillik təcavüzü nöqteyi-nəzərindən Ukrayna xalqının nümayəndələrinin bu cür “fikirləri” ölkələrimiz arasında strateji tərəfdaşlıq ruhuna cavab vermir və həm Azərbaycan və Türkiyənin, həm də Ukraynanın geniş ictimaiyyəti və dünya ictimaiyyəti arasında yalnız qəti hiddət doğurur. Bu cür təhrikçi çağırışlar təsdiq edilmiş Ukrayna Milli Təhlükəsizlik Strategiyası və Ukrayna Konstitusiyasının “müharibə, zorakılıq etniklərarası, irqi, dini ədavətin təbliğatının” qadağan edilməsi haqqında 37-ci maddəsi ilə ziddiyyət təşkil edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar