Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ üçün başlıca təhlükələr açıqlandı

ABŞ hökuməti ölkənin 2020-ci ildə üzləşdiyi başlıca təhlükələrin müxtəsər sadalandığı HTA (Homeland Threat Assessment – Vətənə Təhlükənin Dəyərləndirməsi) adlı sənədi yayımlayıb.

“Report” Vətənin Təhlükəsizliyi Departamentinə (DHS) istinadən xəbər verir ki, sənəddə qeyd olunan təhlükə mənbələri aşağıdakılardır:

Həm xarici dövlətlər, həm də qeyri-dövlət qurumları tərəfindən kiber təhlükələr kəskin qalaraq daha da artacaq.

COVID-19 pandemiyası ABŞ-ın iqtisadi rəqiblərinin əlinə amerika xalqını istismar etmək üçün yeni imkanlar verəcək.

Çin, Rusiya, İran kiber imkanlarından istifadə etməklə 2020-ci il seçkilərinə müdaxilə üçün ölkənin mühüm infrastrukturunu təhlükəyə qoymağa, seçicilərə təsir göstərməyə çalışacaq.

İdeoloji təsirlər altındakı fərdi şəxslər və kiçik qruplar böyük terror təhlükəsi yaradacaq.

Transmilli kriminal təşkilatlar ölkənin ictimai səhiyyəsi və təhlükəsizliyini, habelə Meksika mənşəli qruplarla birgə milli təhlükəsizliyi təhdid edəcək.
COVID-19 pandemiyası ilə bağlı Mərkəzi və Cənubi Amerika, Karib hövzəsi ölkələrindən gözlənilən köç dalğası ölkənin cənub-qərb regionunda iqtisadi və siyasi vəziyyətə mənfi təsir göstərəcək.

Təbii yoluxucu xəstəliklər də amerikalıların gündəlik həyatını və təhlükəsizliyini təhdid edəcək.

“Amerika xalqı bu sənədi oxuduqda Vətənimizin üzləşdiyi terrorçuluq və mütəşəkkil cinayətkarlıq kimi ənənəvi təhlükələrdən daha çox xəbərdar olacaq. Həmçinin Çin, Rusiya, İran kimi ölkələr tərəfindən də Vətənimizə əhəmiyyətli dərəcədə təhlükə törətdiklərini də anlayacaqlar”, – departamentin icraçı katibi Çad Volf qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Ermənistanı BRICS sammitində Paşinyan təmsil edəcək

Rusiyada Vahid Səsvermə Gününün birinci günü keçirilir: qubernator, mer və deputatlar seçilir

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Ən çox oxunanalar