Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gözlənilən Lukaşenko Putin görüşü... - Belarusun suverenliyi ləğv olunur?

Belarusda baş verən etirazlar fonunda Rusiya ilə ittifaq dövlətinin yaradılması və faktiki olaraq Belarusun Rusiya Federasiyasının subyektinə çevrilməsi mümkün görünürmü?..

Politoloq: “Əgər Rusiya görsə ki, Belarusiyada müxalifət hakimiyyəti ələ keçirməyə yaxındır, bu zaman proseslərə birbaşa müdaxilə edəcək”.

“Belarus müxalifətinin lideri Tixanovskaya artıq açıqlama verib ki, Rusiya Belarusun daxili işlərinə qarışmamalıdır. Tixanovskayanın bu açıqlaması Rusiyada hakimiyyət orqanlarını ciddi narahat edib”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Belarus prezidenti Aleksandr Lukaşenkonun sentyabrın 14-də Moskvaya edəcək səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Sentyabrın 14-də Lukaşenko Moskvaya səfər edəcək və Putinlə görüşəcək. bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

Rusiyan Xarici İşlər nazirinin sözlərinə görə, hər iki prezidentin görüşü yaxın həftələrdə baş tutacaq. “Bu bizim İttifaq Dövləti də daxil olmaqla, bərbər hüquqlu, qarşılıqlı səmərəli əlaqələrin inkişafında maraqlı olduğumuzu göstərir”, - deyə nazir qeyd edib.

Lavrov həmçinin Rusiya Baş naziri Mixail Mişustinin də Minskə səfər edəcəyini bildirib.

Müşahidəçilər isə hesab edir ki, bu görüş əslində Belarusun suverenliyinin ləğv olunması ilə nəticələcək.

Qeyd edək ki, bundan əvvəl etirazlar fonunda Rusiya-Belarus ittifaqından danışan Aleksandr Lukaşenko “Brestdən Vladivostoka qədər bizim ümumi vətənimizdir”, ifadəsini işlətmişdi. Müşahidəçilər hesab edirlər ki, bu görüşdən sonra Belarusun Rusiyaya birləşdirilməsi ilə bağlı referendum gündəmə gələ bilər. Elə Belarus prezidentinin müxalifətin istefa tələblərinə qarşı ölkədə konstitutsiya dəyişikliyindən sonra hakimiyyətdən gedə biləcəyi ilə bağlı söylədiklərinin də bu konsepsiyaya dayandığı və konstitutsiya dəyişikliklərinin əslində Belarusun Rusiyaya birləşdirilməsi planının tərkib hissəsi olduğu iddia olunur.

Rusiyalı analitiklərin fikrincə Putin-Lukaşenko görüşündə əslində Belarusun suverinliyinə son verilməsi üçün “yol xəritəsi” hazırlanacaq. Daha əvvəl irəli-geri addımlar ataraq Rusiyanın bu planından yayınmağa çalışan Lukaşenko isə artıq dalana dirənib və hazırda hakimiyyətdə qalmaq üçün Belarusun suverenliyinin Rusiyaya güzəştə getməkdən başqa Lukaşenkonun yolu qalmadığı iddia olunur.

Bəs Belarus Rusiyaya birləşərsə, Lukaşenkonun taleyi necə olacaq? Müşahidəçilərin fikrincə, ilk fürsətdə Kreml onu başqası ilə əvəz edəcək. Təcrübəli siyasətçi olan Lukaşenkonun isə bunu görməməsi imkansızdır. Ona görə də Putin-Lukaşenko görüşünün sürprizlərinin olacağını da istisna etmək olmaz. Bütün hallarda müşahidəçilər hesab edirlər ki, Belarusdakı vəziyyət yaxın zamanlarda sabit axara girməyəcək.

Xatırladaq ki, Belarusdakı vəziyyəti şərh edən Rusiya prezidenti Vladimir Putin qonşu ölkədə iğtişaşları yatırmaq üçün Rusiyada ehtiyat hərbi hissələrin yaradıldığını vurğrlamışdı.

Belarusda baş verən etirazlar fonunda Rusiya ilə ittifaq dövlətinin yaradılması və faktiki olaraq Belarusun Rusiya Federasiyasının subyektinə çevrilməsi mümkün görünürmü və bu Belarusdakı siyasi etirazlara necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaş “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib .

Elxan Şahinoğlu: “Hələ ki, Rusiya Belarusiyanı parçalamaq istəmir. Amma Belarusun əldən çıxmaq təhlükəsini görən kimi Rusiya Belarusu da parçalayacaq”.

Rusiya prezidenti Putinin Belarusiyanı qorumaq üçün Lukaşenkonun istəyi ilə polis qüvvələrini formalaşdırdıqlarını açıqladığını vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, bu Putin tərəfindən verilən bir mesaj idi. Mesajın məğzi də odur ki, Rusiya Lukaşenkonun devrilməsinə imkan verməyəcək və Belarusun Moskvanın orbitindən çıxmasını isə düşünmək belə yersizdir:

“Əgər Rusiya görsə ki, Belarusiyada müxalifət hakimiyyəti ələ keçirməyə yaxındır, bu zaman proseslərə birbaşa müdaxilə edəcək. Çünki Belarus müxalifətinin lideri Tixanovskaya artıq açıqlama verib ki, Rusiya Belarusun daxili işlərinə qarışmamalıdır. Tixanovskayanın bu açıqlaması Rusiyada hakimiyyət orqanlarını ciddi narahat edib.

Bildiyimiz kimi Rusiya düzgün siyasi yanaşma ortaya qoymaqdığı üçün vaxtı ilə Ukraynanın itirdi. Düzdür Rusiya Ukraynanın itirməyinin əvəzində Krımı ilhaq etdi və Donbasda separatçı bölgə yaratdı. Bunula da Ukraynanı zorla da olsa öz təsiri altında saxlamağa çalışır. Lakin hələ ki, buna nail ola bilmir. Belarusda yaşanan siyasi prosseslərə gəlincə, hələ ki, Rusiya Belarusiyanı parçalamaq istəmir. Amma Belarusun əldən çıxmaq təhlükəsini görən kimi Rusiya Belarusu da parçalayacaq. Buna qədər hələ ki, Rusiya Lukaşenkoya dəstək verib, Belarusu öz maraqları çərçivəsində saxlamaq istəyir.

Elxan Şahinoğlu: “Çox güman ki, razılaşmanın ikinci bəndinə görə Lukaşenko vəziyyətə nəzarət edə bilməsə, müxalifət mitinqlər və küçə yürüşlər vasitəsilə Lukaşenkoya təzyiqi artırsa, Rusiya birmənalı şəkildə Belarusa polis, hərbi qüvvə göndərəcək”.

Lukaşenko da görsə ki, həqiqətən də vəziyyəti idarə etmək onun əlindən çıxır, bu zaman Rusiyanın bütün şərtlərini qəbul edəcək. Lukaşenkonun dediyinə görə hələ ki, vəziyyəti nəzarət altında saxlaya bilir. Belarusda müxalifət ancaq bazar günləri etiraz edirlər. Amma etiraz dalğası bir az da genişlənsə, əlbəttə ki, Lukaşenko Rusiyadan ciddi dəstək istəyəcək. Rusiya da Lukaşenkoya bu dəstəyi verəcək. Çünki Rusiya prezidenti Putin açıq dedi ki, Belarusiyanı qorumaq üçün Lukaşenkonun istəyi ilə polis qüvvələri formalaşdırılıb. Bu da Putin tərəfindən verilən bir mesaj idi. Mesajın məğzi də odur ki, Rusiya Lukaşenkonun devrilməsinə imkan verməyəcək və Belarusun Moskvanın orbitindən çıxmasını isə düşünmək belə yersizdir.

Görünür sentyabrın 14-də gerçəkləşəcək səfərdə Rusiya-Belarus İttifaqının konturları müəyyənləşəcək. Yəqin ki, bir məqama qədər Putin Lukaşenkoya imkan veriləcək ki, nəzarəti əldə saxlasın. Amma çox güman ki, razılaşmanın ikinci bəndinə görə Lukaşenko vəziyyətə nəzarət edə bilməsə, müxalifət mitinqlər və küçə yürüşlər vasitəsilə Lukaşenkoya təzyiqi artırsa, Rusiya birmənalı şəkildə Belarusa polis, hərbi qüvvə göndərəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay