Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İşləmədikləri üçün insanlarda icra başçılarına qarşı nifrət yaranıb” - Xalq artisti

Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun həbsindən sonra sosial şəbəkədə onun əleyhinə çoxlu sayda nalayiq ifadələr işlədilib. Məlum olduğu kimi, bundan əvvəlki həbslər zamanı da analoji vəziyyət müşahidə edilib.

Maraqlıdır, cəmiyyətdə keçmiş məmurlara qarşı aqressiya nə ilə bağlıdır?

Xalq artisti Bilal Əliyev Yenisabah.az-a açıqlamasında bildirib ki, bu kimi məsələlərdə görünməyən məqamlar var:

“Ola bilər ki, icra başçılarının işlədiyi bölgələrdə kimlərsə onlardan narazı qalırlar, lakin bunu deyə bilmirlər. Çünki bəzən elə bir vəziyyət yaranır ki, insanlar müxtəlif səbəblərdən qorxurlar. Ətraflarında elə şəxslər olur ki, onlara təzyiq göstərirlər. Ona görə də iradlarını rəhbər şəxs vəzifədən gedəndən sonra deyə bilirlər, amma ümumilikdə bu, düzgün deyil. Bir insanın təqsiri varsa, onu vaxtında dilə gətirmək lazımdır ki, günahların da, səhvlərin də qarşısı vaxtında alına bilsin”.

Bilal Əliyev hesab edir ki, vəzifəsindən asılı olmayaraq insan görməmiş olmamalıdır:

“Elə yaşamaq lazımdır ki, utanmayasan. Düzdü, bir vaxt söz deyirdilər ki, general olmaq istəməyən əsgər axmaq əsgərdir. Amma general olmaqla hansısa kiçik bir yerdə rəhbər olub, sonradan görməmişlik hesabına vəzifə artırmaq başqa şeydir. Vəzifə tutmaq üçün insanlara təzyiq göstərmək səhvdir. Elə ünsiyyət qurmalıyıq ki, sabah taxtdan düşəndə insanlar bizə üz çevirməsinlər”.

Həmsöhbətimizin icra başçılarının həll etməli olduğu məsələlərə də toxunub:

“İcra başçılarına məsləhətim odur ki, insanlardan qanun tələb etsinlər, rüşvət arxasınca qaçmasınlar, bölgələrin problemlərini həll eləsinlər. Bölgədə yaşıllaşdırma olsun, su və hava təmizlənsin, istirahət üçün şərait yaradılsın, ən əsası insanları işlə təmin edilsin. İnkişaf etmiş ölkələrdə insanlar azı 95 il yaşayır, bizdə niyə bu olmasın?

Tədbir görmədikləri üçün insanlarda onlara qarşı nifrət yaranır. Çox vaxt Sovet dönəmini bəyənmir, amma o vaxt hətta zindana düşmüş şəxs çıxanda sahə polisi gəlib onun işlə təmin olunması ilə bağlı vaxt qoyardı. Mənə elə gəlir ki, indi də rəhbərlər, icra başçıları bu kimi işlərlə maraqlanmalıdırlar. Yeni rəhbərlərə tapşırılmalıdır ki, insanları işlə təmin eləsinlər. Şəxs rəhbərlik borcunu yerinə yetirməyəndə sonu bu yerə gəlib çıxır. Rəhbər insana atalıq qayğısı göstərməlidir. Zəhmət çəkib bunu etsinlər, əvəzini görəcəklər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Ən çox oxunanalar