Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın vitse-prezidenti Azərbaycanla münasibətlərdən danışdı

"İran qonşularla münasibətləri inkişaf etdirmək üçün təyin olunmuş siyasət və doktrina əsasında hərəkət edir ki, bu əlaqələr gündən-günə arzu olunan şəkildə inkişaf etsin".

"Report"un xəbərinə görə, bunu İranın vitse-prezidenti və Proqram və Büdcə Təşkilatının rəhbəri Məhəmməd Bağır Nobəxt Ərdəbilə səfəri zamanı jurnalistlərə müsahibəsində bildirib.

"Azərbaycan Respublikası İranla ən arzuolunan münasibətlərə malik olan qonşu ölkələrdən biridir. Bu əlaqələrin daha güclü və dərin olması üçün səylər göstərilir ki, iki dost və qonşu ölkə bir-birinin yanında ortaq hədəflərə doğru irəliləsinlər. İki dost və qardaş ölkə olan İranAzərbaycan Respublikası siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək üçün hər zaman bir-birinin yanında olmuş və hal hazırda da bu münasibətlərin möhkəmləndirilməsi üçün birgə addımlar atılır. Ümid edirik ki, bu səylərin bəhrəsini görəcəyik",- deyə o bildirib. 

O qeyd edib ki, Azərbaycan Respublikası ilə qonşu bir əyalət olaraq Ərdəbil əyalətində sənaye şəhərciyinin yaradılması, dəmiryolu xəttinin birləşdirilməsi, habelə yük terminalının inşası kimi ortaq sərhəd layihələri davam edir:

"Onların istismarı ilə bu əlaqələrin güclənməsinə kömək edəcəyimizə ümid edirik. Bu birgə layihələrin inşası hökumətin qonşu ölkələrlə münasibətləri möhkəmləndirmək öhdəliyinin bir hissəsidir. Ümid edirik ki, növbəti illərdə bu münasibətlər hər iki ölkənin daha da çiçəklənməsinə səbəb olacaq. Bəzi anlaşılmazlıqlara baxmayaraq münasibətlərin möhkəmləndirilməsi dostcasına aparılmalıdır".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay