Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araz Ağalarovdan dollarla bağlı açıqlama

Son günlər Rusiyada rublun məzənnəsi dollara nisbətən aşağı düşür və bəzi ekspertlər ölkəni “qara avqustun”- devalvasiyanın gözlədiyini təxmin edirlər.

PİA.az xəbər verir ki, Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarov mövzu ilə bağlı ona zəng vuran “Komsomolskaya Pravda” qəzetinin müxbirinə Mərkəzi Banka müraciət etməyi məsləhət görüb.

- “Rublla bağlı nə baş verir, yaxın, uzaq perspektivdə nə baş verəcək?”,-jurnalist Aleksandr Qamov soruşub.

Biznesmen deyib:

-Siz indi düzgün ünvana zəng vurmursunuz, Aleksandr,-Mərkəzi Banka zəng vurmaq lazımdır. Çünki bizdə bir tərəfdən rubl dəyərdən düşür, digər tərəfdən Mərkəzi Bank qızıl-valyuta ehtiyatlarını artırır. Düzünü desəm, mən başa düşmürəm ki, bu necə ola bilər, çünki son bir ayda Mərkəzi Bankın ehtiyatları 15 milyard dollar artıb.

Və ümumiyyətlə, onların ehtiyatları 580 milyardı aşıb, yəni bir ucdan artır, artır. Rublun məzənnəsi isə enir.

Araz Ağalarov hesab edir ki, bunlar bir-birini istisna edən anlayışlardır. Çünki rublun məzənnəsini sabit saxlamasalar Rusiya iqtisadiyyatı düzəlməyəcək.

Jurnalist yenə soruşub:

-Birdən mən Mərkəzi Banka zəng vura bilmədim, deyin, indi sadə adamlar necə yaşasınlar?

-Axı mən sadə adamlara nə məsləhət görə bilərəm? İndi heç mən özüm özümə məsləhət verə bilmirəm.

Araz Ağalarov söhbət zamanı onu da deyib ki, rublu dəyərdən salmaqla iqtisadi siyasət qurmaq mümkün deyil. Heç bir ölkədə bu baş verməyib və verməyəcək. Onun fikrincə, rublun indiki ucuzlaşması yeni ucuzlaşmanın əsasını qoyur. Çünki insanlar dərhal həyacana düşür, bütün pullarını dollara dəyişir ki, daha da dəyərdən düşməsin. Bu da rubla daha çox təzyiq yaradır.

“Mən başa düşmürəm ki, nəyə görə biz hər dəfə eyni dırmığa basırıq? Üstəlik neftin qiymətinin 42-43 dollar olduğu bir vaxtda. Və xarici ticarət saldosu da müsbətdir. Ona görə də mən başa düşmürəm...Bunu izah edə bilmirəm. Bilmirəm niyə belə edirlər”,-Ağalarov deyib. (Virtualaz.org)

pia.az


Etiket: Araz Ağalarov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Rusiya və Qərb, erməni və gürcü xalqlarını öz hakimiyyətləri ilə üz-üzə qoyub...

Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub

Ən çox oxunanalar